Medvedev Trampı ələ saldı - "Bu, həqiqətə uyğun deyil"

Medvedev Trampı ələ saldı - "Bu, həqiqətə uyğun deyil" 

Rusiya Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev ABŞ Prezidenti Donald Trampın açıqlamalarına cavab verərək onu istehza ilə tənqid edib.

Bu barədə o özünün sosial media hesabından paylaşım edib.

Medvedevin sözlərinə görə, ABŞ-nin Rusiyanın sahillərinə nüvə sualtı qayıqları göndərməsi barədə Trampın iddiaları həqiqətə uyğun deyil. 

O, Trampın dediklərini “thriller serialının yeni epizodu” adlandırıb:“Tramp yenə guya Rusiyanın sahillərinə göndərdiyi sualtı qayıqlardan danışır və onların çox yaxşı gizlədildiyini iddia edir. Amma qaranlıq otaqda qara pişiyi tapmaq çətindir – xüsusən də orada yoxdursa”.

Xatırladaq ki, bir neçə gün əvvəl Tramp Medvedevə “axmaq” deyərək cavab vermiş və ABŞ-nin “bir və ya iki” sualtı qayığını Rusiyanın yaxınlığına yerləşdirdiyini açıqlamışdı.

Medvedev isə daha əvvəl Trampı məsxərəyə qoyaraq ona “The Walking Dead” serialını izləməyi məsləhət görmüş, hətta Sovet dövründə yaradılmış nüvə cavab sistemi “Mertvaya ruka”  barədə xəbərdarlıq etmişdi./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi