Məhkəmə Əvəz Zeynallının ailəsinin vəsatətini təmin etmədi
Həbsdə olan tanınmış jurnalist Əvəz Zeynallının vəkilləri ailəsi ilə görüşünə icazə verilməməsi haqda məhkəməyə şikayət edib.
Qafqazinfo.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində keçirilən prosesdə vəsatətə baxılıb.
Belə ki, ailə üzvləri həbs olunduqdan sonra Ə.Zeynallı ilə görüşə bilmədiklərini deyiblər. İstintaq orqanı tərəfindən qoyulmuş görüş və telefon danışığı ilə bağlı məhdudiyyətin götürülməsi istənilsə də, məhkəmə vəsatəti təmin etməyib.
Qeyd edək ki, Ə.Zeynallı “Baku Steel Company” şirkətinin sabiq rəhbəri, hazırda Bakı Ağır Cinayətlər Məhkəməsində cinayət işinə baxılan Rasim Məmmədov haqqında təhqiredici məlumatlar yaymamaq, eləcə də barəsində müsbət imic formalaşdırmaq üçün müvafiq verilişlər hazırlamağı vəd edərək 2022-ci ilin avqust ayında onun müdafiəçisi Elçin Sadıqovun vasitəsilə R.Məmmədovun yaxınlarından 20.000 manatı rüşvət qismində almasına əsaslı şübhələr müəyyən edilib.
Toplanmış sübutlara əsasən Əvəz Zeynalov barəsində cinayət işi başlanıb, barəsində həbs qətimkan tədbiri seçilib. Hazırda o, Cinayət Məcəlləsinin 311.3.3 (külli miqdarda rüşvət alma) və 312-1 (vəzifəli şəxsin qərarına qanunsuz təsir göstərmə, nüfuz alveri) maddəsilə təqsirli bilinir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın