Məhkumlar üçün dini maarifləndirmə mövzusunda növbəti tədbirlər keçirilib

Məhkumlar üçün dini maarifləndirmə mövzusunda növbəti tədbirlər keçirilib 

Ədliyyə Nazirliyinin Penitensiar xidməti ilə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi arasında imzalanmış birgə tədbirlər planı çərçivəsində azadlıqdan məhrum edilmiş şəxslərin vicdan və dini etiqad azadlığının təmin olunması və maarifləndirmə işi istiqamətində cəzaçəkmə müəssisələrində mütəmadi olaraq tədbirlər keçirilir.

Növbəti dəfə 6 və 15 saylı cəzaçəkmə müəssisələrində “Ramazan – birlik, həmrəylik və qardaşlıq ayı” mövzusunda görüşlər təşkil edilib. Dövlət Komitəsinin məsul əməkdaşları çıxışlar edib, mövzu ətrafında müzakirələr aparılıb, məhkumları maraqlandıran suallar cavablandırılıb.

Faktinfo.az

Məhkumlar üçün dini maarifləndirmə mövzusunda növbəti tədbirlər keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi