Məhkumlara ödənişsiz hüquqi yardım göstərilməsi prosesinə start verilib

Məhkumlara ödənişsiz hüquqi yardım göstərilməsi prosesinə start verilib 

Faktinfo.az xəbər verir ki,Ədliyyə Nazirliyi Penitensiar xidmət ilə Vəkillər Kollegiyası arasında imzalanmış birgə Tədbirlər Planına uyğun olaraq, məhkumlara ödənişsiz peşəkar hüquqi yardımın göstərilməsi məqsədilə  Penitensiar xidmətin 2, 9, 17 saylı cəzaçəkmə müəssisələri və İxtisaslaşdırılmış Müalicə Müəssisəsində görüş keçirilib. 

Kollegiyanın vəkilləri ilə təşkil olunmuş görüş zamanı 234 məhkuma mülki və cinayət qanunvericiliyinin müddəaları izah olunub, onların hüquq və azadlıqlarının təmin edilməsi istiqamətində sualları cavablandırılıb.

Tədbirlər Planına uyğun olaraq gələcəkdə digər cəzaçəkmə müəssisələrində də məhkumlara ödənişsiz hüquqi yardım aksiyalarının keçirilməsi davam etdiriləcək.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər