Mehman Soltanov vəzifəsindən azad edildi
Ədliyyə Nazirliyi Qeydiyyat və Notariat Baş İdarəsinin rəis müavini, Notariat İdarəsinin rəisi Mehman Soltanov vəzifəsindən azad edilib.
Mehman Soltanov müvafiq əmrlə vəzifəsindən azad olunaraq, təqaüdə göndərilib.
Qeyd edək ki, 1958-ci ildə Göyçay rayonunda anadan olan Mehman Nəsir oğlu Soltanov uzun illər Ədliyyə Nazirliyində çalışıb. 1993-2003 illərdə Ədliyyə Nazirliyində dövlət notariusu kimi fəaliyyət göstərib. 2003-cü ildən etibarən Ədliyyə Nazirliyinin Qeydiyyat və Notariat Baş idarəsinin rəisinin müavini və Notariat İdarəsinin rəisi vəzifəsində çalışıb./Qaynarinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın