Məktəblilər arasında daha bir bıçaqlanma hadisəsi: DİN-dən açıqlama
Xaçmaz rayonunda məktəbli sinif yoldaşını bıçaqlayıb.
Report.az xəbər verir ki, Xaçmaz şəhər 9 saylı tam orta məktəbin 10-cu sinif şagirdi Kənan Taryel oğlu Orucov öz sinif yoldaşı Ayxan Fuad oğlu Nəsrullayev tərəfindən bıçaqlanıb.
K.Orucov Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb, əməliyyat olunub. Onun vəziyyətinin kafi olduğu bildirilir.
Fakla bağlı araşdırmalar aparılır.
***
Xaçmazda sinif yoldaşını bıçaqlayan şagird saxlanılıb.
Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Quba regional qrupundan bildirilib ki, oktyabrın 1-də saat 16:00 radələrində Xaçmaz rayonunda 2009-cu il təvəllüdlü A.Nəsrullayev 2008-ci il təvəllüdlü K.Orucova aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirib.
Yaralı xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşları tərəfindən əməli törədən şəxs saxlanılıb.
Faktla bağlı araşdırma aparılır.
Bu xəbər üçün şərh yazın