Məmmədəmin Şərifli 9-a kamera quraşdırılmasına ehtiyac var
Azərbaycanda svetofor nişanlarının tələbinə əməl etməmə hallarına görə,insan ölümünə səbəb olan yüzlərlə nümunə var.
Sirr deyil ki, işə,işdən evə tələsən avtonəqliyyat sahibləri bəzən svetoforda kameranın yoxluğundan sui- istifadə edərək yol hərəkəti nişanlarının tələbinə rəayyət etmirlər.Nəticədə,sürücülər özləri üçün hüquqi məsuliyyətə səbəb ola biləcək hadisələrə yol verir,digər tərəfdən insanların sağlamlığı üçün təhlükə yaradırlar.Qəbullanmaq lazımdır ki,insan həyatını təhlükəyə atan hadisələr əksər hallarda kameranın olmadığı svetoforlarda da çox yaşanır.
Faktinfo.az bu mənada sakinlərin təhlükəsizliyini nəzərə alaraq bildirir ki,Nizami rayonu,Məmmədəmin Şərifli 9 ünvanında svetoforda kameranın quraşdırılmasına,piyada üçün yolda nişanlama işlərinin həyata keçirilməsinə ehtiyac var.Çünkü gün ərzində sözügedən ərazidə svetofor nişanlarının tələblərinə əməl edilməməsi halları çox yaşanır,ərazidən keçən vətəndaşlar da sürücülərə narazılıqlarını ifadə edirlər.Məsələyə,Bakı Nəqliyyat Agentliyi(BNA),Nəqliyyatı İntellektial İdarəetmə Mərkəzi (NİİM),Daxili İşlər Nazirliyinin və aidiyyatı qrumların diqqət yetirməsi önəmli hesab edilir.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın