Mənə deyirlər ki, Rusiyaya tüpür, Ukrayna ilə birlikdə ona qarşı vuruş – Belarus prezidenti Aleksandr Lukaşenko

Mənə deyirlər ki, Rusiyaya tüpür, Ukrayna ilə birlikdə ona qarşı vuruş – Belarus prezidenti Aleksandr Lukaşenko 

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, ölkəsi “çox çətin dövr” yaşayır. Onun sözlərinə görə, Belarusdan Rusiya ilə əməkdaşlığı dayandırmaq və “Ukrayna ilə birlikdə ona qarşı mübarizə aparmaq” tələb olunur.

Lakin Lukaşenko belə təkliflərin konkret kimdən gəldiyini açıqlamayıb: “İndi bizə hər tətəfdən məsləhət görürlər ki, “Gəl onu burax, gah burdan çəkil”, “Rusiyaya tüpür və Ukrayna ilə birlikdə Rusiyaya qarşı döyüş. Biz də Smolensk yaxınlığındakı sərhədə NATO qoşunlarını gətirək”.

Bu sözləri Lukaşenko Respublika Pedaqoji Şurasında deyib. Belarus prezidenti əlavə edib ki, ona “hər tərəfdən” müxtəlif təkliflər verilir, hansı ki, ölkənin 99%-i bunları qəbul edə bilməz.
Qeyd edək ki, Aleksandr Lukaşenko dəfələrlə Rusiya və Ukraynanı hərbi əməliyyatlara son qoymağa və danışıqlar aparmağa çağırıb. Avqust ayında “Qlobal Cənubun Səsi” sammitində o, Belarusu danışıqlar platforması kimi təklif edib./Editor.az

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi