Mərhum polis rəisinin oğluna Penitensiar Xidmətdə yeni vəzifə verildi - FOTO
Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 8 Saylı Cəzaçəkmə Müəssisəsinə yeni rəis təyin edilib.
Ölkə saytlarında yayılmış məlumata görə, müvafiq əmrlə Qədirov Süleyman Maksim oğlu 8 Saylı Cəzaçəkmə Müəssisəsinin rəisi təyin olunub.
Bundan əvvəl sözügedən müəssisənin rəisi Haciyev Azər Musa oğlu olub və nöqsanlara görə işdən çıxarılıb.
Qeyd edək ki, Süleyman Qədirov polis polkovnik-leytenantı, bir sıra rayonlarda rəis vəzifəsində çalışmış mərhum Maksim Qədirovun oğludur.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın