HAKİMİN VERDİYİ QƏRAR LƏĞV OLUNDU

HAKİMİN VERDİYİ QƏRAR LƏĞV OLUNDU 

"Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədovun qanunun anasını ağladan, insanların mənzilini zorla əlindən alan biabırçı qərardadı barədə yazmışdım...."

 "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış hüquqşünas Əkrəm Həsənov qeyd edib.

YAZISI BURADA: Hakim Rauf Əhmədov qanunun ANASINI AĞLATDI... - BU NƏDİ BELƏ?..

O daha sonra bildirir: "Mənim və digər vəkil həmkarlarımın verdiyi şikayət hakim Fərrux Qasımovun sədrliyi ilə Bakı Apellyasiya Məhkəməsinin qərardadı ilə təmin olunub, həmin qərardad ləğv edilib. Bununla da çox biabırçı, hüquq sistemimiz üçün təhlükəli presedent kökündə məhv edildi. Bu onu göstərir ki, Fərrux müəllim kimi savadlı və dürüst hakimlərimizin sayəsində məhkəmə-hüquq sistemimiz inkişaf yolundan geri dönməyəcək. Məndə olan məlumata görə hakim Rauf Əhmədovun özü barəsində də xüsusi qərardad çıxarılıb (yəni çıxardığı aşkar qanunsuz qərardada görə məsuliyyətə cəlb oluna bilər). Burada əsas qərardadı dərc edirəm. Onun 30-cu bəndi o qədər möhtəşəmdir ki, onu xüsusilə bölüşməyə bilmərəm: “Məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə vahid məhkəmə təcrübəsinin formalaşdırıldığı, bu məqsədlə Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən müvafiq qərarların qəbul olunduğu bir dövrdə eyni məhkəmədə faktiki olaraq bir – birinə zidd, biri digərini inkar edən qərardadların çıxarılması təəssüf doğurmaqla yanaşı məhkəmələrə olan etimadın, inamın zəifləməsi ilə nəticələnir. Maraqlı şəxslərin şikayətlərində qeyd olunduğu kimi, bu məzmunda qərardad çıxarmaqla birinci instansiya məhkəməsi bütün maddi, prosessual norma və prinsipləri pozmuş, maliyyə cəhətdən güclü mövqedə olan, geniş maliyyə imkanları olan "Kursus – Nizami” MTK-nın maraqlarını müdafiə etmişdir.”

"DİA-AZ" qeyd edir ki, Nizami rayon məhkəməsinin hakimi Rauf Əhmədov mərhum baş metroçu Tağı Əhmədovun oğludur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər