"Məşhur plastik cərrah Dilqəm Məhərrəmov barəsində xəbəri növbəti uğursuz cəhd hesab edirik"

"Məşhur plastik cərrah Dilqəm Məhərrəmov barəsində xəbəri növbəti uğursuz cəhd hesab edirik" -Klinika

"Dilqəm Məhərrəmovun yenidən sertifikasiya imtahanına girməsinə qadağa qoyulması ilə bağlı yayılan xəbərlər kimlərinsə təxəyyülünün məhsulu ola bilər.Səhiyyə Nazirliyinin Dilqəm Məhərrəmovun yenidən sertifikasiya imtahanına girməsinə qadağa qoyması barədə yalan məlumatların heç bir əsası yoxdur.

Bu barədə Faktinfo.az saytına "Baku Medical Plaza" klinikasından verilən xəbərdə bildirilir.

Həmçinin,məşhur plastik rekonstruktiv cərrahla bağlı şikayətlərin olduğuna dair bəzi saytlarda "TikTok", "İnstagram" və s. sosial şəbəkələrə istinadla  "sinə kiçiltməyib,sadəcə dikləşdirib", "D.Məhərrəmov rinoplastika əməliyyatını yerinə yetirib və həmin şəxs nəfəs ala bilmir", "Gəlinimin burnunu məhv etdi.2500 manat aldı,amma uğursuz əməliyyat oldu.Sonra da dedi ki,1000 manat da ödəyin, 2-ci dəfə əməliyyat edim," kimi ifadələrdən ibarət istifadə tərzi hazırkı şəraitdə ictimaiyyəti çaşdırmaq,anonim şayələrə inandırmaq,bununla da guya Dilqəm Məhərrəmovun fəaliyyətindən də narazılıq varmış xarakteri daşıyır.Bu cür məlumatlar artıq heç bir məna kəsb etmir.Dilqəm Məhərrəmovdan şikayətçi kim(lər)di,sualı ətrafında ictimaiətdə müəmma yaradır.Fakta əsaslanmayan bu səpkidə xəbərlərin plastik rekonstruktiv cərrahın reputasiyasına xələl gətirəcəyini düşünənlər yanılırlar,bunu növbəti uğursuz cəhd hesab edirik,"-məlumatda vurğulanır.

Faktinfo.az




Birinci məlumatlanmaq üçün facebook səhifəmizi