Məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmov işinin başındadır-Yayılmış xəbərlərin heç bir əsası yoxdur

Məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmov işinin başındadır-Yayılmış xəbərlərin heç bir əsası yoxdur - FOTO

Xəbər verdiyimiz kimi, Səhiyyə Nazirliyinin 10-a yaxın estetik cərrahın sertifikasiya şəhadətnaməsini ləğv etdiyi barədə məlumat yayılıb. 

Faktinfo.az xəbər verir ki, xalq artisti Aygün Kazımovanın plastik cərrahı kimi tanınan məşhur plastik rekonstruktiv cərrah Dilqəm Məhərrəmovun da yeni sertifikat almayacağı barədə bəzi saytlarda məlumat verilib.Eləcə də,yayılmış xəbərlər sonradan  sosial şəbəkələrdə və bir çox saytlarda "Dilqəm Məhərrəmovun da fəaliyyəti dayandırıldı","Dilqəm Məhərrəmovun da fəaliyyəti dayandırılacaq" kimi şaiələrə vəs. yol açıb.

"Baku Medical Plaza" isə verdiyi açıqlamada Dilqəm Məhərrəmov haqda yayılan məlumatların həqiqəti əks etdirmədiyini və cərrahın işnin başında olduğunu bildirib. 

Faktinfo.az xəbər verir ki,sənəddən göründüyü kimi  Dilqəm Məhərrəmovun şəhadətnaməsinin vaxtı 2025-ci ilin 2 martında başa çatır.Yəni Səhiyyə Nazirliyi ona 2020-ci il 2 martında 5 illik lisenziya verib.

Ona görə də, "Dilqəm Məhərrəmovun  lisenziyasının müddəti uzadılmayacaq", "Dilqəm Məhərrəmovun lisenziyası ləğv edildi" və digər bu səpgidə yayılan xəbərlərin heç bir əsası yoxdur.

Faktinfo.az "Baku Medical Plaza" klinikasının verdiyi açıqlamanın səhihliyini yoxlamaq və cərrah Dilqəm Məhərrəmovun işinə məhdudiyyətlərin olub-olmamasına dair Səhiyyə Nazirliyi ilə müəyyən  dəqiqləşmə aparıb.Nazirlikdən əldə olunan məlumatda bildirilir ki,Dilqəm Məhərrəmovun fəaliyyətinin məhdudlaşdırılması ilə bağlı  yayılmış xəbərlərin heç bir əsası yoxdur.

Dilqəm Məhərrəmovun havadan asılı qalan lisenziyası...


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər