Messi yeni rekorda imza atdı

Messi yeni rekorda imza atdı 

Argentina millisinin futbolçusu Lionel Messi yeni rekorda imza atıb. O, Amerika Kubokunda 35-ci matçını keçirib.

 Argentina yığması Amerika Kubokunun açılış matçında Kanadaya 2:0 hesabı ilə qalib gəlib. Görüş ABŞ-ın Corciya ştatının Atlanta şəhərində baş tutub.

Beləliklə, Messi Amerika Kubokunda 34 oyun keçirən çilili qapıçı Serxio Livinqstonu geridə qoyub. Messi sözügedən matçda bir qol ötürməsi edib.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi