Metroda qızlara sataşan əxlaqsızın kimliyi bəlli oldu

Metroda qızlara sataşan əxlaqsızın kimliyi bəlli oldu 

Metroda əxlaqsızcasına gənc qızlara sataşan şəxsin kimliyi aydınlaşıb.

Bu barədə Axar.az-a məlumat verən Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov bildirib ki, sözügedən şəxs 1981-ci il təvəllüdlü Seymur Abbasovdur:

“Hadisə vaxtı S.Abbasovun içkili olduğu müəyyən edilib. Hazırda araşdırma davam edir”.

Xatırladaq ki, dünən Bakı Metrpolitenində insident baş verib. S.Abbasov olduğu müəyyənləşən şəxs vaqonda qızlara söz atıb. Bu zaman vaqondakı sərnişinlər həmin şəxsə etiraz edib. Nəticədə dava düşüb. Dava salan şəxsi sərnişinlər “Koroğlu” stansiyasında polis əməkdaşlarına təhvil veriblər.

“Qara Qarayev” stansiyasında isə manyakın hücumuna məruz qalan qızlardan birinin halı pisləşib və o özündən gedib. Sərnişinlərdən bir neçəsi qızı qatardan düşürüb və metro işçilərini köməyə çağırıb.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi