“Meymunçiçəyi”ndən ölənlərin sayı açıqlandı – Xəstəlik sürətlə yayılmaqda davam edir

“Meymunçiçəyi”ndən ölənlərin sayı açıqlandı – Xəstəlik sürətlə yayılmaqda davam edir 

Son vaxtlar geniş yayılan və böyük narahatlıq doğuran “meymunçiçəyi” virusundan dünyasını dəyişənlərin sayı açıqlanıb.

İndiyədək “meymunçiçəyi” virusuna 22863 şəxs yoluxub və onlardan 622-si vəfat edib.

Afrika İttifaqının Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzinin (Africa CDC) baş direktoru Cen Kaseya bildirib ki, sözügedən epidemiya təkcə Afrikanın deyil, bütün dünyanın problemidir.

Qeyd edək ki, “meymunçiçəyi” virusu indiyədək Afrikanın 13 ölkəsində, həmçinin İsveçdə, BƏƏ-də, Pakistanda və Filippində aşkarlanıb.

Bu virusun siçan və dələ kimi gəmiricilərdən və ya yoluxmuş şəxslərdən keçdiyi deyilir. Virusun törətdiyi bədən səpgilərinə toxunmaq, bu səpgilərlə çirklənmiş paltar, çarşaf, dəsmal və bənzər əşyalardan istifadə etmək, bədən mayeləri ilə təmasda olmaq infeksiyanın başlıaca yayılma səbəblərindəndir.

İlk simptomlar virusa yoluxduqdan sonra 5-21 gün ərzində görünə bilər. Virus ümumiyyətlə yüksək hərarət, baş ağrısı, kürək və əzələ ağrıları, şişkin limfa düyünləri, yorğunluq, üşütmə, üşümə və dəridə suçiçəyi kimi qabarcıqlara səbəb olur. Spesifik müalicə üsulu olmayan xəstəlik antiviral dərmanlarla müalicə olunur. Əksər hallarda xəstəlik yüngül formada keçir və bir neçə həftə ərzində sağalır./Azpolitika.info

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər