Millət vəkili beynəlxalq təşkilatın komitə iclasında təkliflər irəli sürüb - FOTOLAR
Birləşmiş Ərəb Əmirliklərində Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin (TSBP) Beynəlxalq əlaqələr komitəsinin ilk iclası baş tutub.
Milli Məclisin deputatı Könül Nurullayeva da komitə üzvü kimi iclasda iştirak edərək, fikir və düşüncələrini bölüşüb. Dünyada tolerantlıq və sülh dəyərlərinin qorunmasının vacibliyini vurğulayan deputat bu məsələdə TSBP-nin məsuliyyətini xatırladıb, yeni təsis edilmiş komitənin dəqiq fəaliyyət planının hazırlanması, təşkilatın beynəlxalq hüdudlarının genişləndirməsi istiqamətində təkliflər irəli sürüb.
K.Nurullayeva Azərbaycan 2020-ci ildə qazandığı Böyük Qələbəni də xatırladıb. Bildirib ki, Azərbaycan 44 gündə 30 illik işğala son qoydu. Könül Nurullayeva, azad olunmuş ərazilərdə mina təhlükəsinə toxunub: “TSBP-nin üzvlərinin də sözügedən ərazilərdə mina təhlükəsinin qarşısının alınması istiqamətində göstərəcəyi dəstək və vətəndaşlarımızın qısa zaman kəsiyində öz ata-baba yurdlarına geri dönməsinə veriləcək töhfə olduqca önəmlidir.”
Qeyd edək ki, Tolerantlıq və Sülh üzrə Beynəlxalq Parlamentin IX plenar sessiyası çərçivəsində keçirilən silsilə görüşlər mart ayının 29-u başa çatacaq.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın