Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçirib

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçirib - FOTOLAR

Milli Məclisin deputatı Könül Nurullayeva qərargahına daxil olan müraciətlərə əsasən VII çağırış Milli Məclisə keçirilən deputat seçkilərindən sonra ilk vətəndaş qəbulunu keçirib.


Millət vəkili qəbul zamanı vətəndaşlarla görüşərək, onların qaldırdığı müraciətlər ətrafında qarşı tərəflə geniş fikir mübadiləsi aparıb. Bildirmək istərdik ki, vətəndaşlarla görüş zamanı qəbul iştirakçılarını narahat edən problemlər sırasında ailə-məişət problemindən əziyyət çəkən vətəndaşlara dəstəyin göstərilməsi, işlə təmin olunma, vətəndaşların kariyera hədəflərinin müzakirəsi və s. bu kimi müxtəlif yönümlü məsələlər başlıca yer almışdır. 


Millət vəkilinin qərargahından Faktinfo.az saytına verilən məlumata görə, seçicilərin görüş ərzində deputat Könül Nurullayevaya çatdırdığı bütün müraciətlər səlahiyyətləri daxilində qeydiyyata götürülmüşdür və ən yaxın zamanda aidiyyəti üzrə müvafiq qurumlara ünvanlanacaqdır.

Millət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçiribMillət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçiribMillət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçiribMillət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçiribMillət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçiribMillət vəkili Könül Nurullayeva vətəndaşlarla görüş keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər