Milli Kitabxana “2 Fevral Azərbaycan Gəncləri Günü” adlı virtual sərgi təqdim edib

Milli Kitabxana “2 Fevral Azərbaycan Gəncləri Günü” adlı virtual sərgi təqdim edib 

Bununla bağlı Milli Kitabxananın əməkdaşları tərəfindən “2 Fevral Azərbaycan Gəncləri Günü” adlı virtual sərgi hazırlanıb.

Ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş dövlət gənclər siyasəti Azərbaycan gəncliyinin inkişafında dərin izlər buraxıb. Ulu Öndərin 1997-ci il fevralın 2-də imzaladığı Fərmana əsasən, fevralın 2-si Azərbaycan Gəncləri Günü elan edilib. Həmin vaxtdan etibarən bu gün MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə olaraq Azərbaycanda təntənəli şəkildə qeyd edilməyə başlanıb. Bir çox sahədə olduğu kimi, bu sahədə də Azərbaycan bir çox ölkələri qabaqlayıb. Belə ki, Azərbaycanda Gənclər Günü təsis edildikdən xeyli sonra gənclərin işləri üzrə nazirlərin ümumdünya konfransının tövsiyəsi əsasında BMT Baş Məclisinin 1999-cu il 17 dekabr tarixli 54/120 saylı qətnaməsi ilə 12 avqust - Beynəlxalq Gənclər Günü elan edilib.

Tam inamla demək olar ki, ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabaha aparacaq.

Faktinfo.az virtual sərgidə Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamları, fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr və mövzu haqqında kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/2_Fevral_Azerbaycan_Gencleri_Gunu/index.htm    linkindən istifadə edə bilər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi