Milli Kitabxana "8 Mart-Beynəlxalq Qadınlar Günü" adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib

Milli Kitabxana "8 Mart-Beynəlxalq Qadınlar Günü" adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib 

İqtisadi, ictimai vəsiyasi bərabərlik uğrunda mübarizədə qadınların beynəlxalq həmrəylik günü olan 8Mart Beynəlxalq Qadınlar Günü bayram kimi hər il müxtəlif dünya dövlətlərində,eləcə də respublikamızda təntənəli şəkildə qeyd olunur.

Bu günün qeyd edilməsiqərarı alman siyasətçisi, hüquq müdafiəçisi, jurnalist Klara Setkinin təklifiilə 1910-cu ildə Kopenhagendə keçirilən iclasda qəbul olunub. 1977-ci ildə BMTbu günü qadın günü kimi rəsmiləşdirib.

 Tarix boyu Azərbaycanda qadına– anaya daim böyük ehtiram vəhörmət bəslənib. Müdrik hökmdar, cəsur sərkərdə, istedadlı şair və sənətkarqadınlarımızın adları çoxəsrlik tariximizin səhifələrinə qızıl hərflərləyazılıb. Hələ ötən əsrdə qadın hüquqlarının qazanılması və qorunmasıyolunda misilsiz uğurlar əldə etmiş Azərbaycan qadını bu gün artıq ölkəmizinictimai-siyasi, iqtisadi, mədəni həyatının fəal iştirakçısı olub. Elm, təhsil,mədəniyyət, səhiyyə və digər sahələrdə qazandığı nailiyyətlər Azərbaycanqadınının çox böyük potensiala malik olduğunu təsdiq edib.

Faktinfo.az xəbər verir ki,8 Mart – BeynəlxalqQadınlar Günü münasibətilə Milli Kitabxananın əməkdaşları tərəfindən "8 Mart – Beynəlxalq Qadınlar Günü” adlı virtualsərgi, həmçinin eyniadlı ənənəvi kitab sərgisi hazırlanıb.

Virtual sərgidə tarixdə və müasir Azərbaycanın ictimai-siyasi həyatında iz qoymuş,əhəmiyyətli rol oynamış məşhur qadınlar, onların həyat və yaradıcılığına dairədəbiyyat, analar, qadınlar haqqında yazılmış kitablar, dövri mətbuatsəhifələrində dərc olunmuş məqalələr və fotolar nümayiş olunur.

Virtual sərgi ilə tanışolmaq istəyənlər http://anl.az/el/vsb/8_Mart_Beynelxalq_Qadinlar_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi