Milli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçirib

Milli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçirib 

4 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş “Yaşıl dünya naminə həmrəylik” adlı elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.

Faktinfo.az xəbər verir ki,tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamı ilə bu il “Yaşıl dünya naminə həmrəylik ili” elan olunub. M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası tərəfindən X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş 3-cü tədbir keçirilir. BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un bütün dünya liderlərinin iştirakı ilə Azərbaycanda keçiriləcəyini qeyd edən professor Kərim Tahirov bu mövzuda Milli Kitabxananın əməkdaşları  tərəfindən hazırlanan elektron məlumat bazasının əhəmiyyətini vurğuluyaraq, bazanın ətraf mühitin mühafizəsi, iqlim dəyişmələrinin mənfi təsirlərinin azadılması, biomüxtəlifliyin qorunması, təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhsilin artırılması və bu mövzuya dair bəhs olunan digər materialları əhatə etdiyini, materialların tammətləri ilə 3 dildə  azərbaycan, rus, ingilis dillərində Azərbaycanda eləcə də bütün dünyada yayımlanacağını bildirib.

Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli çıxış edərək bildirib ki, X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası keçirdiyi tədbirlərlə liderlik göstərir. Ölkə rəhbərliyinin  bu mövzuya xüsusi diqqət və qayğısını vurğuluyaraq, COP 29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin Azərbycanın bu mövzuya həsas yanaşdığının göstəricisi olduğunu bildirib. Milli Kitabxananın bu mövzuya  həsr olunmuş elektron məlumat bazasının oxucuların tam köməyinə çatacağını, yaşıl dünya naminə həmrəyliyin daha dərindən dərk edilməsi üçün eləcə də elmi ədəbiyyatlarda, elmi işlərdə istifadəsinin daha məqbul olacağını qeyd edib.

Qeyd edək ki, elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Beynalxalq ekoloji konvensiyalar”, “Azərbaycan Respublikasında ekoloji siyasət”, “İşğaldan azad edilmiş ərazilərdə ekosistem”, “İdea ictimai birliyi”, “Yaşıl marafon”, “Ekoloji təqvim”, “Ekosistemin qorunması” “Nəşrlər” və bir sıra materiallar tammətnləri ilə nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Yasil_Dunya/index.html linkindən istifadə edə bilərlər.


Milli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçiribMilli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçiribMilli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçiribMilli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçiribMilli Kitabxana “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş elektron məlumat bazasının təqdimatını keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi