Milli Kitabxana Minsk şəhərində keçirilən "Kitabxana mədəniyyət fenomeni kimi" adlı XI Beynəlxalq Konqresdə iştirak edir

Milli Kitabxana Minsk şəhərində keçirilən "Kitabxana mədəniyyət fenomeni kimi" adlı XI Beynəlxalq Konqresdə iştirak edir - FOTOLAR

24-25 oktyabr tarixlərində Belarus Respublikasının paytaxtı Minsk şəhərində Belarusun alman-faşist işğalçılarından azad edilməsinin 80 illiyinə həsr edilmiş ənənəvi "Kitabxana mədəniyyət fenomeni kimi" adlı XI Beynəlxalq Konqres keçirilir.

Belarus Respublikasının Mədəniyyət Nazirliyi və Belarus Milli Kitabxanasının təşkilatçılığı, Belarus Kitabxana Assosiasiyası və Müstəqil Dövlətlər Birliyinə üzv ölkələrin Dövlətlərarası Humanitar Əməkdaşlıq Fondunun dəstəyi ilə baş tutan konqresdə milli, dövlət və digər aparıcı kitabxanaların rəhbərləri və nümayəndələri, həmçinin Belarusun kitabxana, nəşriyyat, arxiv və muzeylərinin, tədris müəssisələrinin, elmi-tədqiqat idarələrinin əməkdaşları iştirak edir.

Faktinfo.az xəbər verir ki, XI Beynəlxalq Konqresdə ölkəmizi Azərbaycan Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, t.ü.f.d. Ədibə İsmayılova təmsil edir. O, konqresdə “Milli musiqi irsimizin rəqəmsal dövrdə təbliği” (Azərbaycan Milli Kitabxanasının iş təcrübəsi əsasında) mövzusunda məruzə və təqdimatla çıxış edib.       

Direktor müavini çıxışında dərin köklərə malik olan Azərbaycan musiqisinin çoxəsrlik inkişaf yolu, Azərbaycan Milli Kitabxanasının arxiv fondunda mühafizə olunan milli musiqimizin qiymətli inciləri, unikal “Səsyazıları Fondu“, Azərbaycan bəstəkarlarının əlyazmalarının “Qızıl Fondu”, həmçinin milli musiqi irsimizin mühafizəsi və rəqəmsal dövrdə təbliği istiqamətində Azərbaycan  Milli Kitabxanasının həyata keçirdiyi layihələrdən bəhs edib.

 Qeyd edək ki, konqresdə Böyük Vətən müharibəsi illərində kitabxanalar, kitabxanaların kitab və sənəd fondlarında Böyük Vətən müharibəsi mövzusu, müharibənin öyrənilməsinin biblioqrafik təminatı, həmçinin mədəniyyət, elm və təhsil sahəsində beynəlxalq əməkdaşlıq, kitabxana, arxiv və muzeylərin əməkdaşlığı, tarixi yaddaşın mühafizəsində kitabxanaların rolu, kitabşünaslıqda ənənə və yeniliklər, kitabxanaşünaslığın müasir tendensiyaları, kitabxana-informasiya resursları və xidmətlərinin həyata keçirilməsində müasir texnologiyaların istifadəsi, müasir kitabxanaların istifadəçilərinin informasiya mədəniyyəti,kitabxana sahəsinin normativ-hüquqi təminatı, kitabxanaların kadr potensialı və s. kimi məsələlərlə bağlı  məruzə, təqdimat və müzakirələr keçirilir.

 



Milli Kitabxana Minsk şəhərində keçirilən "Kitabxana mədəniyyət fenomeni kimi" adlı XI Beynəlxalq Konqresdə iştirak edirMilli Kitabxana Minsk şəhərində keçirilən "Kitabxana mədəniyyət fenomeni kimi" adlı XI Beynəlxalq Konqresdə iştirak edir
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər