Milli Kitabxana “Şəfiqə Axundova – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib - FOTO
Bu gün Azərbaycanın xalq artisti Şəfiqə Axundovanın anadan olmasının 100 ili tamam olur.
Faktinfo.az xəbər verir ki,şərqin ilk opera yazan qadın bəstəkarı kimi tanınan Şəfiqə Axudova bir çox instrumental əsərlərin, “Leyla”, “Bəxtiyar ellər”, “Zəfər marşı”, “Zəfər bizimdir”, “Ana Vətən” və s. mahnıların, Nizami Gəncəvinin sözlərinə “Nə gözəl” və “Cahanda”, Məhəmməd Füzulinin sözlərinə “Fəqan etmək idim” romansların müəllifidir.
Bununla bağlı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şəfiqə Axundova – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Virtual sərgidə mövzu ilə əlaqədar fotolar, dövri mətbuat səhifələrində dərc olunan məqalələr, bəstəkarın kitabları, ənənəvi sərgidə bəstəkarın musiqi əsərlərinin notları, onun haqqında əbədiyyatlar nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Sefiqe_Axundova_100/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın