Milli Kitabxana “Şərq qadını jurnalı – 100” adlı virtual və eyniadlı ənənəvi sərgi təqdim edib - FOTO
Azərbaycanda ilk qadın jurnalı olan “Şərq Qadını”-nın (indiki “Azərbaycan qadını” jurnalı) 100 yaşı tamam olur.
Faktinfo.az xəbər verir ki,1923–cü ilin noyabr ayında nəşrə başlayan, ayda bir dəfə işıq üzü görən “Şərq Qadını” jurnalı qadınların hüquqları uğrunda mübarizənin, qadın klublarının, təhsil proqramlarının və məktəblərin təşkili, ana və körpənin qorunması, uşaq bağçalarının yaradılması, qadın məsləhətxanaları, sənətkarlıq kooperativlərinin aktual mövzularını sistemli şəkildə işıqlandırıb.
Jurnalın ilk adı “Şərq qadını” olub. Odur ki, 1938-ci ilin fevralından etibarən jurnalın adı dəyişdirilərək “Azərbaycan qadını” adlandırılıb.
Bununla bağlı Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şərq qadını jurnalı -100” adlı virtual və eyniadlı ənənəvi sərgi hazırlanıb.
Virtual sərgidə fotolar, mövzu ilə əlaqədar dövri mətbuatsəhifələrində dərc olunan məqalələr, Azərbaycanın mətbuat tarixi ilə bağlı kitablar, ənənəvi sərgidə Şərq qadını jurnalının ilk nömrəsi ilə yanaşı, müxtəlif illərdə nəşr olunan nömrələri, bir əsirlik tarixi yolundan, Azərbaycan qadınlarının ictimai fəaliyyətindən bəhs edən ədəbiyyat nümayış olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Serq_qadini_jurnali_100/index.htm linkindən istifadə edə bilər.
Ənənəvi sərgi 1 həftə davam edəcək.
Bu xəbər üçün şərh yazın