Milli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçirib

Milli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçirib - FOTOLAR

3 oktyabr tarixində dahi Azərbaycan şairi və mütəfəkkiri Məhəmməd Füzulinin anadan olmasının 530 illiyinə həsr olunmuş X Bakı Beynəlxalq Kitab Sərgisi çərçivəsində Azərbaycan Milli Kitabxanası tərəfindən “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimat mərasimi keçirilib. 

Faktinfo.az xəbər verir ki,tədbiri Azərbaycan Milli Kitabxanasının direktoru, professor Kərim Tahirov açaraq, qonaqları salamlayıb. Qeyd edib ki, M.F.Axundov adına Azərbaycan Milli Kitabxanası Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamını rəhbər tutaraq “Yaşıl dünya naminə həmrəylik ili” (COP29) çərçivəsində “Azərbaycan ekologiyası” adlı fundamental biblioqrafiya tərtib edib. Bu gün kotaklizmaların təsiri nəticəsində dünyanın çox ciddi iqlim dəyişiklikləri ilə üzləşdiyini və bunun qarşısının alınması üçün noyabr ayında BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un bütün dünya liderlərinin iştirakı ilə Azərbaycanda keçiriləcəyini qeyd edən professor Kərim Tahirov belə bir tədbirin Azərbaycanda keçirilməsinin çox əlamətdar bir hal olduğunu vurğulayıb.

Azərbaycan Milli Kitabxanası tərəfindən çap olunan biblioqrafiyada külli miqdarda Azərbaycan ekologiyasına, yaşıl dünyaya, flora aləminə həsr olunmuş materialların öz əksini tapdığını, biblioqrafiyanın əsas məğzinin mövzu ilə əlaqədar Azərbaycanda eləcə də dünya ölkələrində çap olunan materialların küll halında öz əksini tapdığını deyib.

İqlim Dəyişikliyi Konfransı ərəfəsində biblioqrafiyanın konfrans iştirakçılarına paylanmasının nəzərdə tutulduğunu, belə biblioqrafiyaların Milli Kitabxana əməkdaşlarının Azərbaycan elminə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına eləcə də bütün elimlərin inkişafına verdiyi töhfə olduğunu bildirib. Biblioqrafiyanın ərsəyə gəlməsində əməyi olan hər kəsə Milli Kitabxananın əməkdaşlarına, “Zərdabi” nəşriyyatının direktoruna və kollektivinə və Mədəniyyət Nazirliyinə təşəkkürünü bildirib.

 Mədəniyyət Nazirliyinin Kitab sənayesi şöbəsinin müdiri, tarix üzrə fəlsəfə doktoru Akif Marifli bildirib ki, Mədəniyyət Nazirliyi və Milli Kitabxana birlikdə “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində bir çox layihələr həyata keçirir və keçirməkdədir. İlin sonuna qədər bu layihələr daha da artacaqdır. Bu biblioqrafiyanın ərsəyə gəlməsində xüsusilə Milli Kitabxananın rəhbərliyi və kollektivinin əməyi danılmazdır. Bir biblioqrafiyanın hazırlanması üçün uzun zaman tələb olunduğunu və bunun bir tədqiqat işinə bərabər olduğunu qeyd edib. Zəhməti keçən hər bir əməkdaşa təşəkkürünü bildirib.

Əqli Mülkiyyət Agentliyinin tabeliyində olan RETK-nın direktoru Mübariz Məmmədli X Bakı Beynəlxalq Kitab Sərgisinin önəmini vurğuluyaraq, Milli kitabxananın təqdim etdiyi “Azərbaycan ekologiyası” adlı biblioqrafiyanın böyük əhəmiyyətə malik olduğunu qeyd edib.

Qeyd edək ki, təqdim olunan biblioqrafiya ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, iqlim dəyişmələrinin mənfi təsirlərinin azadılması, müşahidə və monitorinq sistemlərinin modernləşdirilməsi, atmosfer havasının mühafizəsi, biomüxtəlifliyin qorunması, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması, mineral-xammal bazasının genişləndirilməsi və təbii sərvətlərdən səmərəli istifadə, ekoloji təhsilin artırılmasından bəhs olunan kitablar, monoqrafiyalar və dövri mətbuatda, dərsliklərdə, məcmuələrdə çap olunmuş zəngin materiallar öz əksini tapmışdır.

Biblioqrafiyada azərbaycan və rus dillərində “Rəsmi sənədlər”, “Kitablar”, “Monoqrafiyalar”, “Dissertasiyalar və avtoreferatlar”, “Məcmuələrdə və dövri mətbuatda dərc olunmuş məqalələr” və “Köməkçi göstəricilər” adlı bölmələrdən ibarətdir. Biblioqrafiya ümumilikdə 7289 adda mənbəni əhatə edir. Materiallar Azərbaycan, rus və ingilis dilləri üzrə verilmişdir.

Faktinfo.az


Milli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçiribMilli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçiribMilli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçiribMilli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçiribMilli Kitabxana “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr olunmuş “Azərbaycan ekologiyası” adlı biblioqrafiya kitabının təqdimatını keçirib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi