Milli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib

Milli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib - FOTOLAR

Fevralın 2-də Milli Kitabxanada Azərbaycan Gəncləri Günü ilə əlaqadər tədbir keçirilib.

Ümummilli lider Heydər Əliyevin 1997-ci il fevralın 2-də imzaladığı fərmana əsasən, fevralın 2-si "Azərbaycan Gəncləri Günü" elan edilib. Bu əlamətdar tarixi gün gənclərə həmişə böyük diqqət və qayğı ilə yanaşan, onların problemlərinin həlli istiqamətində həyata keçirilən tədbirlərə xüsusi önəm verən, bu siyasəti müstəqil Azərbaycan dövlətinin fəaliyyətinin ən mühüm istiqamətlərindən biri kimi dəyərləndirən Ümummilli lider Heydər Əliyevin adı ilə bağlıdır.                     

Azərbaycan gəncliyi Ulu öndər Heydər Əliyevin onlara ən böyük hədiyyəsi olan bu günün təsis edilməsinin 27 illiyini qalib ölkənin məğrur və qürurlu vətəndaşları kimi böyük ruh yüksəkliyi ilə qeyd edir.Tədbir zamanı gənc yazar Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının təqdimatı keçirilib.

Milli Kitabxananın direktoru, prof. Kərim Tahirov gəncləri bayram münasibətilə təbrik edib və qeyd edib ki, hər il Milli Kitabxanada Gənclər Günü ilə bağlı tədbirlər keçirilir və  gənc yazarların bir kitabının təqdimatı olur. Milli  Kitabxana hər zaman Azərbaycanın Ulu Öndərlə başlanan gənclər siyasətini uğurla davam etdirməyə və gənclərə dəstək olmağa çalışır. Kərim Tahirov gənc yazarı təbrik edib və ona yaradıcılığında uğurlar arzulayıb.                       

Tədbirdə Əməkdar jurnalist, kitabın ön sözünün müəllifi və redaktoru Əli Nəcəfxanlı, Xalq qəzetinin Multimediya şöbəsinin müdiri Səbuhi Məmmədov, yazıçı Zaur Ustac, Xalq qəzetinin əməkdaşı İlqar Həsənov, “Aytam” Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin sədri Aygün Zamanlı, “Gənclərin Töhfəsi” İctimai Birliyinin sədri Asim Vəliyev çıxış ediblər.Rizvan Fikrətoğlunun “Ayaq səsləri” kitabının ön sözünün müəllifi və redaktoru əməkdar jurnalist Əli Nəcəfxanlı kitab haqqında geniş məlumat verərək müəllifə uğurlar arzu edib.                                           Yazıçı Zaur Ustac  bu ələmatdar gün münasibəti ilə gəncləri təbrik edib. Gənc yazar Rizvan Fikrətoğluna “İsa Muğanna” mükafatını təqdib edib.Tədbirin davamında “Aytam" Uşaqların Mədəni Maarifləndirilməsi İctimai Birliyinin bədii qiraətçiləri Rəbiyyə Bayramova və Rafael İsgəndərov şeir səsləndiriblər.

Gənc Yazar Rizvan Fikrətoğlu tədbir iştirakçılarına və Milli Kitabxananın rəhbərliyinə  öz təşəkkürünü bildirib. Gəncləri təbrik edərək onlara uğurlar arzulayıb.Sonda gənc yazarlara və tədbirdə iştirak edən iştirakçılara Milli Kitabxananın rəhbərliyi tərəfindən təşəkkürnamələr təqdim edilib.
Gənc yazar Rizvan Fikrətoğlunun imza törəni təşkil edilib.

Faktinfo.az


Milli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilibMilli Kitabxanada 2 Fevral Azərbaycan Gəncləri Günü ilə əlaqədar tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər