Milli Kitabxanada 20 Yanvar hadisəsinə həsr olunan tədbir keçirilib

Milli Kitabxanada 20 Yanvar hadisəsinə həsr olunan tədbir keçirilib - FOTOLAR

18 yanvar tarixində Milli Kitabxanada 20 Yanvar hadisəsinin 34-cü ildönümünə həsr olunan tədbir keçirilib. Tədbirdə Azərbaycanın müstəqilliyi uğrunda canından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Faktinfo.az xəbər verir ki,anım tədbirində 20 Yanvar gününün xalqımızın yaddaşında həm hüzn, həm də qürur günü olduğu qeyd edilib. 20 Yanvar şəhidlərinin xatirəsinin xalqımız tərəfindən hər zaman yad olunduğu bildirilib.

Tədbir zamanı Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “20 Yanvar – Qan yaddaşımızdır” adlı elektron məlumat bazası və “20 Yanvar Ümumxalq hüzn və qürur günüdür” adlı ənənəvi kitab sərgisi təqdim olunub.

Sərgidə yanvarın 19-dan 20-nə keçən gecə baş verən hadisələri əks etdirən kitablar və dövri mətbuat səhifələrində dərc olunan məqalələr nümayiş olunub.

Milli Kitabxanada 20 Yanvar hadisəsinə həsr olunan tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisəsinə həsr olunan tədbir keçirilibMilli Kitabxanada 20 Yanvar hadisəsinə həsr olunan tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər