
Milli Kitabxanada "23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
23 aprel dünya mədəniyyəti üçün çox mühüm bir gündür. UNESCO-nun 15 noyabr 1995-ci il tarixində keçirilmiş 28-ci sessiyasının qərarı ilə, müasir dünyamızda kitaba və hər bir insanın əsas hüquqlarından olan müəlliflik hüququnun əhəmiyyətinə diqqət yönəltmək, maarifləndirmə səviyyəsini artırmaq məqsədilə hər il aprelin 23-ü Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü kimi müəyyən edilib.
Faktinfo.az xəbər verir ki,Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü 1997-ci ildən ölkəmizdə yüksək səviyyədə qeyd olunur. Ötən illər ərzində respublikamızda kitab və müəlliflik hüququnun qorunması ilə bağlı fəaliyyətin effektiv təşkilati-hüquqi sistemi qurulub, beynəlxalq təcrübəyə əsasən qanunvericilik bazası təkmilləşdirilb.
“23 Aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” münasibətlə dünyanın ayrı-ayrı ölkələrində bu müxtəlif tədbirlər, konfranslar, simpoziumlar, seminarlar, "dəyirmi masa"lar keçirilir, sərgilər təşkil olunur.
Milli Kitabxanada “23 aprel - Ümumdünya Kitab və Müəlliflik Hüququ Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə Müəlliflik hüququ və əlaqəli hüquqular haqqında qanun, Azərbaycan Respublikasınında kitab və nəşriyyat işi, kitab mədəniyyəti, müəlliflik və patent hüququ, rəqəmsal mühitdə piratçılığa və kontrafaktçılığa qarşı mübarizə, Azərbaycan Respublikasının Müəllif Hüquqları Agentliyinin nəşrləri, virtual məkanda müəlliflik hüququ və s. mövzularda Azərbaycan və xarici dillərdə kitablar, dövri mətbuatda çap olunan məqalələr nümayiş olunur.
Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Umumdunya_Kitab_ve_Muelliflik_Huququ_Gunu/index.htm
linkindən istifadə edə bilərlər.
Ənənəvi sərgi bir həftə davam edəcək.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın