Milli Kitabxanada “27 sentyabr - Anım günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “27 sentyabr - Anım günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

Bu gün Azərbaycanda 27 Sentyabr – Anım Günü qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2 dekabr 2020-ci il tarixli sərəncamı ilə 27 sentyabr tarixi ölkəmizdə hər il Anım Günü kimi qeyd edilir.

27 sentyabr 2020-ci ildə Ermənistan silahlı qüvvələrinin Azərbaycana qarşı hərbi təxribatına cavab olaraq başlanan Vətən müharibəsinin ilk günüdür. Həmin gündən başlayaraq xalqımız dövlətimizin ərazi bütövlüyü uğrunda səfərbər olub, ordumuz böyük qəhrəmanlıq nümayiş etdirib. 44 gün davam edən müharibə Zəfərlə nəticələnib.

 “Anım Günü”nün qeyd olunması 44 günlük Vətən müharibəsində qəhrəmancasına döyüşmüş, Azərbaycan Bayrağını işğaldan azad olunmuş torpaqlarımızda dalğalandırmış, ölkəmizin ərazi bütövlüyü uğrunda canlarını fəda etmiş əsgər və zabitlərimizə, bütün şəhidlərimizin xatirəsinə yüksək ehtiramın təcəssümüdür.

Milli Kitabxananın əməkdaşları tərəfindən bu münasibətlə “27 sentyabr - Anım Günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə Anım Gününün təsis edilməsi haqda Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, mövzu ilə əlaqədar fotolar, kitablar və məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/27_sentyabr-Anim_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə isə Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə qazanılmış möhtəşəm Zəfər, 44 günlük Vətən müharibəsinin gedişatı, Zəfər salnaməsi, Vətən uğrunda şəhid olmuş qəhrəmanların həyat və döyüş yolları, onların yaxınlarının, dostlarının və döyüş yoldaşlarının kövrək xatirələri, göstərdikləri igidliklərdən bəhs edən Azərbaycan və müxtəlif dillərdə nəşr olunmuş ədəbiyyatlar nümayiş olunur.

Milli Kitabxanada “27 sentyabr - Anım günü” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi