Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb

Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb - FOTO

Birləşmiş Millətlər Təşkilatı Baş Məclisinin 1993-cü il 20 dekabr tarixli qərarı ilə hər il may ayının 3-ü Beynəlxalq Söz və Mətbuat Azadlığı Günü kimi qeyd olunur.

Bu gün münasibətilə keçirilən tədbirlərdə söz və mətbuat azadlığının əsas prinsipləri, ifadə azadlığının inkişaf perspektivləri müzakirə edilir, mətbuatın müstəqilliyinin təmin olunması, senzuranın ləğvi, insan hüquq və azadlıqlarının müdafiəsində mətbuatın rolu və digər məsələlər araşdırılır.

Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü Azərbaycanda da geniş qeyd edilir. Müstəqil Azərbaycan dövləti ölkədə insan hüquqlarının müdafiəsi, söz və mətbuat azadlığı kimi məsələlərə xüsusi önəm verir.

Ölkəmizdə söz azadlığının bərqərar olunması və onun əsas daşıyıcısı olan müstəqil mətbuatın yaradılması ümummilli liderimiz Heydər Əliyevin adı, siyasi və dövlətçilik fəaliyyəti ilə sıx bağlıdır. Görkəmli dövlət xadiminin 1998-ci il 6 avqust tarixli “Azərbaycan Respublikasında söz, fikir və mətbuat azadlığının təmin edilməsi sahəsində tədbirlər haqqında” Fərmanı ölkəmizdə söz, fikir və mətbuat azadlıqlarının təminatına əlverişli şərait yaratmış, senzura ləğv olunmuş, dövlətin mətbuat üzərində nəzarətinə son qoyulmuşdur. 1999-cu il dekabrın 7-də qəbul olunan “Kütləvi informasiya vasitələri haqqında” Azərbaycan Respublikasının Qanunu isə bu sahədə fəaliyyəti tənzimləyən əsas hüquqi sənəd olmuş, Azərbaycan Respublikasının Konstitusiyasında söz, fikir və mətbuat azadlığı təsbit olunmuşdur.

Prezident sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinin inkişafına dövlət dəstəyi Konsepsiyası”  və həmin sənəd əsasında 2009-cu il aprelin 3-də “Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun yaradılması haqqında” dövlət başçımızın fərmanı bu istiqamətdə atılmış mütərəqqi addımlardan biridir.

Faktinfo.az xəbər verir ki,Milli Kitabxanada ənənəvi olaraq bu günlə əlaqədar “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi təşkil edilib.

Sərgidə mövzu ilə bağlı kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.


Milli Kitabxanada “3 May - Bеynəlxalq Söz və Mətbuat Azadlığı Günü” adlı geniş kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi