
Milli Kitabxanada “30 oktyabr – Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
30 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada repressiya qurbanlarının xatirəsinə həsr olunmuş “30 oktyabr – Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günü” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgidə ХХ əsrin dəhşətli hadisələrindən sayılan Azərbaycan ziyalılarına qarşı aparılan soyqırım siyasəti, stalinizmin amansız repressiyalarının qurbanı olmuş görkəmli elm, incəsənət və mədəniyyət xadimlərinin həyatı, elmi fəaliyyəti, bədii yaradıcılığı, faciəli taleləri və zindan həyatı haqqında əsərlər, monoqrafiyalar, arxiv sənədləri əsasında nəşr olunan Azərbaycan və xarici dillərdə kitablar nümayiş olunur.
30 Oktyabr - Ümumdünya siyasi repressiya qurbanlarının xatirə günüdür.
Bu günün tarixi 1974-cü il 30 oktyabr tarixində keçmiş SSRİ-də məhkum olunmuş siyasi məhbus Kronid Lyubarski tərəfindən Mordovia və Perm düşərgələrinin digər məhbusları Beynəlxalq Siyasi Məhbuslar Gününü həbsxanada aclıq edərək, siyasi repressiya qurbanlarının xatirəsinə şam yandırmaqla qeyd etməyə başlayıblar. Bu hadisədən sonra oktyabrın 30-u Beynəlxalq Siyasi Məhbuslar Günü və Ümumdünya Siyasi Repressiya Qurbanlarının Xatirə Günü kimi qeyd olunur.
Dəhşətli faktdır ki, repressiya qurbanlarının sayına görə Azərbaycan keçmiş sovet respublikaları içərisində öndə olub. Bir xalqın, toplumun ziyalılarını qətlə yetirmək, onu uzun illər elm nurundan, təhsil işığından məhrum etmək deməkdir.
Repressiyaların ilk qurbanları içərisində H.Cavid, M.Müşfiq, T.Şahbazi, Ə.Razi, S.Mumtaz, Y.V.Çəmənzəminli, Ə.Cavad kimi istedadlı, savadlı ziyalılar, həmçinin, Azərbaycan elminə öz böyük töhfələrini vermiş görkəmli alimlər – B.Çobanzadə, Ə.Qubaydulin, Azərbaycan səhnəsinin aparıcı aktyorları – Ülvi Rəcəb və Abbas Mirzə Şərifzadə də var idi.
Hüseyn Cavidin yenidən xalqımıza və ədəbiyyatımıza qaytarılmasında ümummilli lider Heydər Əliyevin xidmətləri əvəzsizdir. Məhz 1982-ci ildə Ulu Öndərin təşəbbüsü və qətiyyəti nəticəsində onun məzarı sürgün olunduğu Rusiyanın İrkutsk vilayətindən doğulub boya-başa çatdığı Naxçıvana köçürülüb.
Amma, lakin o bəllidir ki, illər keçib, nəsillər dəyişsə də hər bir xalqın, millətin itkilərinin fəsadları hiss olunur.
Repressiya dövrünün Azərbaycan tarixinin ən acı səhifələrini əyani sürətdə əks etdirməsindən, 1920-1950-ci illərdə sovet dövlətinin apardığı siyasət nəticəsində on minlərlə ictimai və dövlət xadiminin, elm, mədəniyyət, incəsənət nümayəndələrinin, sıravi vətəndaşları repressiyaya məruz qalıb.
1950-ci illərin ikinci yarısında siyasi repressiya qurbanlarına bəraət verilməsinə baxmayaraq, bolşevizmin hökmranlıq etdiyi illərdə siyasi repressiyalar haqqında məlumatların yayılmasına qadağa qoyulması, yalnız müstəqillik illərində - 1996-cı il martın 15-də ulu öndər Heydər Əliyevin imzaladığı “Siyasi repressiya qurbanlarının reabilitasiyası haqqında” Qanunda bu hadisələrə ilk dəfə hüquqi qiymət verilib.
Azərbaycanda repressiya qurbanlarının xatirəsi həmişə uca tutulub.
Faktinfo.az













Bu xəbər üçün şərh yazın