Milli Kitabxanada "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTO

31 dekabr Azərbaycan xalqının tarixində ən yadda qalan, ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür!

Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində azərbaycanlılar tərəfindən qeyd olunur. 1991-ci il dekabrın 16-da Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Heydər Əliyevin sədrliyi ilə keçən iclasında 31 dekabrın dünya azərbaycanlılarının həmrəylik bayramı kimi qeyd olunması barədə qərar qəbul edilib. Bu bayram ayrı-ayrı ölkələrdə yaşayan azərbaycanlılarla əlaqələr qurmaq, onlar arasında birlik və həmrəylik yaratmaq işində mühüm rol oynayır.

Dünya azərbaycanlılarının həmrəyliyi ideyasının banisi olan Heydər Əliyev eyni zamanda bu birliyin institutlaşması prosesinin də əsasını qoyub. 2001-ci il noyabrın 9-10-da Bakıda Dünya Azərbaycanlılarının I Qurultayı keçirilib. Xaricdə yaşayan azərbaycanlıların müstəqil Azərbaycan Respublikası ilə əlaqələrinin daha da möhkəmləndirilməsi, dünya azərbaycanlıları arasında birliyin və həmrəyliyin təmin olunması, habelə Azərbaycan icmaları, cəmiyyət və birliklərinin fəaliyyətinin gücləndirilməsi və əlaqələndirilməsi ilə bağlı məsələləri müzakirə etmək məqsədilə II qurultay Prezident İlham Əliyevin Sərəncamına əsasən 2006-cı ildə, III qurultay 2011-ci ildə, IV qurultay 2016-cı il, V qurultay isə 2022-ci ilin aprelində keçirilib.

Bu gün dünyanın hansı ölkəsində, məmləkətində yaşamasından asılı olmayaraq, hər bir azərbaycanlının ürəyi müstəqil, qalib Azərbaycanla döyünür. Dövlət başçımızın uğurlu siyasəti və sərkərdəlik məharəti sayəsində artıq dünya azərbaycanlıları yaşadıqları bütün ölkələrdə başı dik, alnıaçıq, üzüağ gəzir və öz tarixi vətəni olan Azərbaycanla haqlı olaraq fəxr edir.

Milli Kitabxanada “31-dekabr Dünya Azərbaycanlılarının Həmrəylik Günü ” adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Virtual sərgidə fotolar, 31 dekabr-Dünya azərbaycanlılarının birlik və həmrəylik günü, Heydər Əliyev və dünya azərbaycanlılarının həmrəyliyi, Azərbaycan diasporu, Azərbaycançılıq-milli ideologiyamızın əsası, Azərbaycançılıq ideologiyasının təntənəsi və s. haqqında Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Dunya_Azerbaycanlilarinin_Hemreylik_Gunu/index.htm linkindən istifadə edə bilərlər.

Ənənəvi sərgidə Ümummilli lider Heydər Əliyev və milli həmrəylik məfkurəsi 31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günüdür, Ulu öndər Heydər Əliyevin siyasi irsi və azərbaycançılıq, Azərbaycan xalqının milli ideologiyası, Vətənpərvərlik məfkurəsi, Milli dövlətçilik məfkurəsi, Azərbaycan diasporunun təşəkkülü və fəaliyyəti tarixi, Mənəvi dəyərlərin təbliği və s. mövzularda Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar, dövri mətbuatda dərc olunan məqalələr nümayiş olunur.

Faktinfo.az

Milli Kitabxanada "31 dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü" adlı virtual sərgi və ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi