
Milli Kitabxanada “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Faktinfo.az xəbər verir ki,6 sentyabr 2026-cı il tarixində Milli Kitabxanada “6 sentyabr – Beynəlxalq Kitaboxuma Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.
Sərgilərdə şüurlu və sürətli oxu, kitabla rəftar, uşaqlar və mütaliə, kitab bayramları, oxu mədəniyyəti, söz, kitab, mütaliə, kitabxana və s. haqqında dövri mətbuatda çap olunan məqalələr, fotolar, Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş etdirilir.
Virtual sərgi ilə tanış olmaq istəyənlər
https://anl.az/el/vsb/Beynelxalq_Kitaboxuma_Gunu/index.htm linkindən istifadə edə bilərlər.
6 sentyabr – Beynəlxalq Kitab Oxuma Günüdür. Kitablar çantamızda, həyatımızda, kitabxanamızda... Tarixin ən qədim dövrlərindən bəri həyatımızda olan kitablar sevdiyimiz adamlar kimi ömürümüzə də işıq saçırlar. Oxuduğumuz əsərlər zaman keçdikcə yaddaşımızda kök salırlar.
1852-ci ilin 6 sentyabr günündə Mançesterdə ilk pulsuz kitabxana fəaliyyətə başladığından bu günü kitab oxumaq günü kimi dəyərləndiriblər.
Bu gün insanı formalaşdıran, mənəvi aləmini zənginləşdirən kitabların əhəmiyyətini vurğulayır.
Kitab oxumaq insanın düşüncə tərzini formalaşdırır, dünyagörüşünü genişləndirir və həyatı daha dərindən anlamağa kömək edir. Hər bir kitab oxucuya yeni bilik, duyğu və ilham bəxş edir. Bu mənada Azərbaycan ədəbiyyatı xüsusi yer tutur. Xalqımızın yaddaşı və mədəni irsinin aynası olan ədəbiyyatımız böyük sənətkarların əsərlərində həm milli kimliyimizi, həm də ümumbəşəri dəyərləri əks etdirir.














Bu xəbər üçün şərh yazın