Milli Kitabxanada "8 noyabr Şuşa şəhəri günü" adlı virtual sərgi istifadəçilərə təqdim olundu

Milli Kitabxanada "8 noyabr Şuşa şəhəri günü" adlı virtual sərgi istifadəçilərə təqdim olundu 

Noyabr ayının 8-i Şuşa şəhəri günüdür. Şuşa şəhəri günü Azərbaycanda ilk dəfədir qeyd olunur.

Ermənistanın hərbi təcavüzü nəticəsində 30 ilə yaxın işğal altında qalmış əzəli tarixi torpaqlarımız 44 günlük Vətən müharibəsində hərbi-siyasi yolla işğaldan azad olundu və şanlı Zəfərə aparan hər bir gün Azərbaycan tarixinə qızıl hərflərlə yazıldı.

Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 31 iyul 2023-cü il tarixli Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis edilməsi haqqında Sərəncamına əsasən 8 noyabr “Şuşa şəhəri günü” kimi qeyd olunur. Bu əlamətdar günün təsis olunması Şuşa şəhərinin Ermənistan silahlı qüvvələrinin işğalından azad edilməsi tarixi ilə bağlıdır.

Həmçinin Şuşanın işğaldan azad edildiyi gün – 8 Noyabr Azərbaycanda Zəfər Günü kimi qeyd olunur.

Faktinfo.az xəbər verir ki,bu münasibətlə Milli Kitabxananın əməkdaşları tərəfindən “8 noyabr Şuşa şəhəri günü” adlı virtual sərgi hazırlanıb.

Virtual sərgidə Şuşa şəhərinin Azərbaycanın mədəniyyət paytaxtı elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamı, fotolar, dövri mətbuat səhifələrində Şuşa şəhəri haqqında  dərc olunan məqalələr, Qarabağ zəfəri, Şuşa şəhərinin tarixi, mədəniyyəti haqqında Azərbaycan və digər dillərdə olan kitablar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_bizimdir_Garabakh_Azerbaycandir/index.htm linkindən istifadə edə bilər.


Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər