Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub. 

Faktinfo.az xəbər verir ki, bu gün Azərbaycan Respublikasında elmi fəaliyyətin təşkili, idarə edilməsi, inkişafı və elmi-innovasiya fəaliyyətinin məqsədlərini, əlaqələndirilməsini təmin edən respublikamızın ali elmi təşkilatı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi qeyd edilir.

Azərbaycan Respublikasında elmin inkişafını təşkil və təmin edən, dövlətin elmi və elmi-texniki siyasətini həyata keçirən, ölkə üzrə elmi müəssisələrin və təşkilatların, ali təhsil müəssisələrinin elmi tədqiqat fəaliyyətini əlaqələndirən və dəstəkləyən, elmi-texniki fəaliyyət sahəsində Azərbaycan Respublikasını xarici ölkələrdə təmsil edən Azərbaycan Milli Elmlər Akademiyası  80 illik tarixi ərzində böyük, zəngin və şərəfli inkişaf yolu keçıb.

Ölkədə elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrların hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması məqsədilə Ulu Öndər Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verilib.

Bu tarixi fərman Azərbaycanda fundamental elmin əldə etdiyi nailiyyətləri, Azərbaycanın sosial-iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu və akademik elmin suveren Azərbaycan dövlətinin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqləyir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında”  28 iyul 2022-ci il tarixli Fərmanı ilə Azərbaycan elminin inkişafında yeni mərhələ başlanılıb. 2023-cü il 3 noyabr tarixli Fərmanı ilə Azərbaycan Milli Elmlər Akademiyasının yeni Nizamnaməsi təsdiq edilib.

Azərbaycan Milli Elmlər Akademiyası davamlı elmi ənənələrin qorunub yaşadılması və yeniləşmə proseslərinin daha da genişləndirilməsi yollarında inamlı addımlar atmaqla, Azərbaycan xalqının intellektual potensialının formalaşdırılmasında, elmin müasir tələblərindən irəli gələn strateji istiqamətlərinin müəyyənləşdirilməsində, fundamental və tətbiqi, innovativ elm sahələrinin inkişafında, respublikada peşəkar elmi kadrlar nəslinin yetişdirilməsində öz işini layiqincə davam edir.

Milli Kitabxana respublikamızda elmin inkişafının təmin edilməsində və elm sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak edən dövlət ali elmi təşkilatı Azərbaycan Milli Elmlər Akademiyasının 80 illik yubileyi münasibətilə “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə Azərbaycan Milli Elmlər Akademiyasının yaranması, tarixi, elmin inkişaf mərhələləri və əldə olunmuş nailiyyətlərdən bəhs edən kitablar, həyatını və ömrünü elmi yaradıcılığa sərf etmiş, Azərbaycan Milli Elmlər Akademiyasının yaradılmasında və inkişafında əvəzsiz xidmətləri olmuş alimlərin həyat və fəaliyyətləri haqqında ədəbiyyatlar, əməkdaşların elmi tədqiqatları, ayrı-ayrı institutlarının nəşrləri, elmi əsərlər, elmi jurnalları, Milli Kitabxananın görkəmli elm xadimləri haqqında nəşr etdiyi biblioqrafiyalar və s. Azərbaycan və xarici dillərdə nümayiş olunur.

Sərgi bir həftə davam edəcək.

Faktinfo.az

Milli Kitabxanada “Azərbaycan Milli Elmlər Akademiyası - 80” adlı kitab sərgisi istifadəçilərə təqdim olunub.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi