Milli Kitabxanada "AzərbaycanTeatrı" adlı elektron məlumat bazası onlayn rejimdəistifadəçilərə təqdim olunub

Milli Kitabxanada "AzərbaycanTeatrı" adlı elektron məlumat bazası onlayn rejimdəistifadəçilərə təqdim olunub 

Faktinfo.az xatırladır ki,Azərbaycan peşəkar teatrı öz fəaliyyətinə M.F.Axundovun beş ölməz komediyası ilə başlayıb.

1873-cü il mart ayının 10-da (köhnə stillə 22-də) Həsənbəy Zərdabinin və Nəcəf bəy Vəzirovun təşəbbüsü və iştirakı ilə Bakıda ilktamaşa-Mirzə Fətəli Axundovun «Lənkəran xanının vəziri» komediyasırealnı məktəbin tələbələri tərəfindən göstərilib. Yarandığı ilk gündən realistzəmində inkişaf etməyə başlayan, yüksək ideyalılıq mövqeyində duran, bəşərifikirlər mənbəyinə çevrilən Azərbaycan teatrı bu əsas üzərində də üslub, formavə metod mükəmməlliyi qazanıb.

Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Azərbaycan Teatrı” adlıelektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektronməlumat bazasında Azərbaycan Teatrının tarixi, Milli Dram Teatrının banisi,Teatr sənəti haqqında fikirlər, Azərbaycan Teatrları, Teatr nəşrlərdə və s.özündə əks etdirən materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/TEATR/index.html linkindən istifadə edə bilərlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi