Milli Kitabxanada “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub - FOTOLAR

İkinci dünya müharibəsi illəri bəşəriyyətin XX əsrdə üzləşdiyi ən ağır və dəhşətli dövr olub. Azərbaycan xalqının bu müharibədə göstərdiyi əzmkarlıq və qəhrəmanlıqları açıqlamaq ciddi elmi nəzəri, siyasi və əməli əhəmiyyətə malikdir.

Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev demişdir: "Azərbaycan xalqı İkinci dünya müharibəsində həm döyüş meydanlarında, həm də arxa cəbhədə əsl şücaət və əzmkarlıq nümunələri göstərmişdir. Müharibə başlanandan keçən qısa müddət ərzində Azərbaycan Respublikası ərazisində 87 qırıcı batalyon, 1124 özünümüdafiə dəstəsi təşkil edilmişdir. 1941-1945-ci illərdə respublikanın 640 min nəfərə yaxın oğlan və qızları cəbhəyə getmişdir".

1945-ci il mayın 8-dən 9-a keçən gecə alman feldmarşalı Vilhelm Keytel qeyd-şərtsiz təslim aktını imzalayıb, bununla da İkinci Dünya müharibəsində faşizm üzərində qələbə qazanılıb.

Faşizm üzərində Qələbə müharibədə iştirak edən bütün xalqların birgə səyinin, əzmkarlığının və fədakarlığının nəticəsi idi. Bu Qələbədə böyük payı olan Azərbaycan xalqı cəbhəyə yola saldığı 600 mindən çox oğul və qızının 300 mindən çoxu döyüşlərdə qəhrəmanlıqla həlak olub. 130 azərbaycanlı “Sovet İttifaqı Qəhrəmanı” adına layiq görülüb, 30 nəfər “Şöhrət” ordeninin hər üç dərəcəsi ilə, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib.

İki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanov, Sovet İttifaqı Qəhrəmanları İsrafil Məmmədov, Aslan Vəzirov, Adil Quliyev, Ziya Bünyadov, Gəray Əsədov, Məlik Məhərrəmov, Mehdi Hüseynzadə, generallar Mahmud Əbilov, Akim Abbasov, Tərlan Əliyarbəyov, Hacıbaba Zeynalov faşizm üzərində qələbəyə öz töhfələrini veriblər.

Azərbaycan xalqının qələbəyə töhfəsi təkcə ön cəbhə ilə məhdudlaşmayıb. Xalqımız faşizmə qarşı müharibədə döyüş meydanları ilə yanaşı, arxa cəbhədə də misilsiz əmək hünərləri göstərərək əsl əzmkarlıq nümayiş etdirib, ordunun ehtiyaclarını ödəmək üçün gecə-gündüz fədakarlıqla çalışıb.

Faşizm üzərində qələbə Azərbaycanda rəsmi dövlət bayramı kimi qeyd olunur.

Azərbaycan Milli Kitabxanasında bu tarixi və  əlamətdar günlə əlaqədar “Böyük Qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Elektron məlumat bazasında “Rəsmi sənədlər”, “Müharibə haqqında sitatlar”, “İkinci Dünya Müharibəsi-xülasə”, “Azərbaycan Böyük Vətən müharibəsində”, “Xatirələr, məktublar”, “Böyük Vətən Müharibəsi iştirakçılarının xatirəsinin əbədiləşdirilməsi”, “Nəşrlər” və bir sıra materiallar nümayiş olunur.

Elektron məlumat bazası ilə tanış olmaq istiyənlər http://anl.az/el/emb/QELEBE/index.html  linkindən istifadə edə bilərlər.

Virtual sərgidə Böyük Vətən müharibəsi haqqında fotolar, nəşr olunmuş kitablar və dövri mətbuat səhifələrində dərc olunan materiallar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər  https://anl.az/el/vsb/9_May_Fasizm_uzerinde_qelebe_gunudur/index.htm  linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgidə isə müharibə tarixinə dair əsərlər, döyüş meydanında və arxa cəbhədə baş verənlər tarixi hadisələrə həsr olunmuş ədəbiyyatlar,  faşizm üzərində tarixi qələbənin qazanılmasında qəhrəmanlıqla vuruşan xalqımızın mərd oğullarının həyat yolundan bəhs edən kitablar Azərbaycan və müxtəlif dillərdə nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

Milli Kitabxanada “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunubMilli Kitabxanada “Böyük qələbə (1941-1945)” adlı elektron məlumat bazası, “9 - May Faşizm Üzərində Qələbə Günü” adlı virtual və eyniadlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər