Milli Kitabxanada “Cəfər Cabbarlı - 125” adlı kitab sərgisi açılıb - FOTO
Azərbaycan ədəbiyyatının, mədəniyyətinin, incəsənətinin inkişafında müstəsna xidmətlər göstərən görkəmli dramaturq, şair, nasir, teatrşünas, tərcüməçi, kinossenarist, jurnalist, rejissor, əməkdar incəsənət xadimi Cəfər Cabbarlı 1899-cu il martın 20-də Bakı quberniyasının Xızı kəndində yoxsul bir kəndli ailəsində anadan olub.
Cabbarlı ilk şeir, hekayə və dramlarını 1915–1916-cı illərdə yazıb. “Vəfalı Səriyyə, yaxud göz yaşları içində gülüş", "Solğun çiçəklər", "Nəsrəddin şah", "Trablis müharibəsi" və ya "Ulduz", "Ədirnə fəthi", "Bakı müharibəsi", "Aydın", "Sevil", "Oqtay Eloğlu", "Almaz" və s. pyesləri dramaturqun şah əsərlərindəndir.
Cəfər Cabbarlının anadan olmasının 125 illiyi münasibətilə Milli Kitabxanada “Cəfər Cabbarlı – 125” adlı geniş kitab sərgisi təşkil edilib. Sərgidə müəllifin əsərləri, tərcümələri, həyatı və yaradıcılığı haqqında kitablar Azərbaycan və xarıcı dillərdə nümayış olunur.
Sərgi 1 həftə davam edəcək.
Faktinfo.az
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın