Milli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilib

Milli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilib - FOTOLAR

13 noyabr tarixində Milli Kitabxanada 2024-cü ilin "Yaşıl dünya naminə həmrəylik ili" elan edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamından irəli gələn vəzifələrin icrası və COP29-la bağlı Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin tədbirlər planına əsasən Milli Kitabxanada “Green World Solidarity Year” mövzusunda virtual sərginin və ənənəvi kitab sərgisinin təqdimat mərasimi keçirilib.

Tədbiri Milli Kitabxananın direktoru professor Kərim Tahirov açaraq Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2023-cü il 25 dekabr tarixində 2024-cü ilin ölkəmizdə “Yaşıl dünya naminə həmrəylik ili” elan edilməsi haqqında Sərəncam imzaladığını, bu gün keçirilən bütün tədbirlərin qayəsinin “Yaşıl dünya naminə həmrəylik ili” ilə bağlı olduğunu bildirib. Yaşıl dünya naminə bütün dünya xalqlarının bir araya gələrək həmrəy olduqlarını vurğulayaraq “BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Azərbaycanda keçirilməsinin əhəmiyyətindən, iqlim dəyişmələrinin mənfi təsirlərinin azadılmasından, biomüxtəlifliyin qorunmasından, təbii sərvətlərdən səmərəli istifadə olunması haqqında ətraflı bəhs edib. Milli Kitabxananın əsas vəzifəsinin biblioqrafiya kitabları, elektron məlumat bazaları, virtual və ənənəvi kitab sərgiləri hazırlayaraq bu işə dəstək göstərmək olduğunu qeyd edib.

Milli Kitabxanasının Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, t.ü.f.d. Ədibə İsmayılova “Yaşıl dünya naminə həmrəylik ili” münasibətilə hamını təbrik edib. COP29 kimi mötəbər bir tədbirin Azərbaycanda keçirilməsinin tarixi bir hadisə olduğunu qeyd edib.

Tədbirin davamında “İqlim Dəyişikliyi” mövzusuna həsr olunmuş “Green World Solidarity Year” adlı virtual sərginin təqdimatı olub.

Qeyd edək ki, virtual sərgidə “Yaşıl dünya naminə həmrəylik ili”, COP29 Beynəlxalq Konfransı, Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin apardığı uğurlu ekoloji siyasət, yaşıl iqtisadiyyat, yaşıl inkişaf, ekologiya və davamlı inkişaf, ekologiyanın qorunması və müasir problemləri və s. haqqında Azərbaycan və xarici dillərdə məqalələr və ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Yasil_dunya_namine/index.htm linkindən istifadə edə bilərlər.

“Green World Solidarity Year” Photo album adlı virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/Azerbaycan_yasilliqlari/index.htm linkindən istifadə edə bilərlər.

Sonda tədbir iştirakçıları “Yaşıl dünya naminə həmrəylik ili”nə həsr edilmiş geniş kitab sərgisi ilə tanış oldublar.

Ənənəvi kitab sərgisində isə ətraf mühitin mühafizəsi, su ehtiyatlarından səmərəli istifadə, Xəzər dənizinin ekoloji mühitinin mühafizəsi, tullantıların idarə olunması, atmosfer havasının mühafizəsi, ekoturizmin və akvakulturanın inkişafı, meşə örtüyünün, yaşıllıqların mühafizəsi və artırılması, çirklənmiş ərazilərin bərpası, torpaq ehtiyatlarının münbitliyinin artırılması və s. haqqında Azərbaycan və xarici dillərdə kitablar, fotolar nümayiş olunur.

Milli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilibMilli Kitabxanada "Green World Solidarity Year" mövzusunda virtual və ənəvəni kitab sərgilərinin təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər