Milli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib

Milli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib - FOTOLAR

30 yanvar tarixində Azərbaycan Milli Kitabxanasında “Konstitusiya və Suverenlik İli” adlı ilin daimi ənənəvi kitab sərgisinin açılış mərasimi keçirilib. İlk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.

Faktinfo.az xəbər verir ki, açılış mərasimində çıxış edən Azərbaycan Milli Kitabxanasının  direktoru professor Kərim Tahirov bu gün artıq Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu qeyd edib. Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin 27 dekabr 2024-cü il tarixli Sərəncamı ilə 2025-ci ilin Azərbaycan Respublikasında “Konstitusiya və Suverenlik İli” elan olunduğunu vurğuluyaraq Azərbaycan Respublikasının Konstitusiyasının yaranma tarixi haqqında ətraflı danışıb. Ulu Öndər Heydər Əliyevin Azərbaycan dilinin dövlət dili kimi Konstitusiyaya daxil edilməsi sahəsindəki əvəzolunmaz xidmətlərindən, eləcə də 1993-cü ildə xalqın təkidli çağırışları ilə hakimiyyətə geri qayıdaraq Azərbaycanın hüquqi, demokratik və dünyəvi dövlət kimi formalaşmasındakı rolundan  bəhs edən  prof. Kərim Tahirov müasir Azərbaycan Respublikasının Konstitusiyasının 1995-ci il noyabrın 12-də qəbul olunduğunu bu gün həmin Konstitusiyanın hüquqi qüvvəsinin işğaldan azad edilmiş bütün ərazilərdə tam bərqərar olduğunu bildirib. Əlavə edib ki, hər il  Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən elan olunan ilə müvafiq olaraq  Milli Kitabxanada ilin daimi ədəbiyyat guşəsi yaradılır və il boyu yenilənərək davam edir. Bu gün də müvafiq o “Konstitusiya və Suverenlik İli” adlı ilin daimi ənənəvi kitab sərgisinin açılışı mərasiminin keçrildiyini söyləyib.

 Tədbirdə çıxış edən Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova 2025-ci ildə müasir Azərbaycan Respublikasının Konstitusiyasının qəbul edilməsinin 30-cu  il dönümü olduğunu qeyd edib. Əlavə edib ki, 2020-ci il sentyabrın 27-də Ermənistanın təxribatlarına cavab olaraq başlanmış Vətən müharibəsində tarixi qələbə və 2023-cü il sentyabrın 19–20-də həyata keçirilmiş uğurlu antiterror əməliyyatı nəticəsində ölkəmizin ərazi bütövlüyü və suverenliyi tam bərpa edilib və Azərbaycan Konstitusiyasının hüquqi qüvvəsi işğalın aradan qaldırıldığı bütün ərazilərdə bərqərar olub. Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin 2024-cü il 19 sentyabr tarixli Sərəncamına əsasən, sentyabrın 20-si Azərbaycan Respublikasında Dövlət Suverenliyi Günü elan edilib. Ötən müddət ərzində ərazi bütövlüyünün, suverenliyinin bərpa edilməsi müasir Azərbaycan tarixinin ən mühüm hadisəsinə çevrilib. Milli Kitabxana olaraq bu il  Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyinin tədbirlər planına əsasən il boyu “Konstitusiya və Suverenlik İli” ilə əlaqədar maarifləndirici və təbliğat xarakterli bir sıra tədbirlərin keçiriləcəyini nəzərə çatdırıb.

Tədbirin davamında  Milli Kitabxananın əməkdaşları tərəfindən hazırlanan “Konstitusiya və Suverenlik İli” adlı virtual sərginin təqdimatı olub.

Virtual sərgidə rəsmi sənədlər, fotolar, Ümummilli Lider Heydər Əliyevin müdrik siyasəti, Ulu Öndərin Şah əsəri - Azərbaycan Respublikasının Konstitusiyası, Azərbaycan Respublikasının Prezidenti və Silahlı Qüvvələrinin Ali Baş Komandanı cənab İlham Əliyevin ərazı bütövlüyünün və suverenliyinin tam bərpa olunması haqqında və s. dövri mətbuatda çap olunan məqalələr, Azərbaycan və xarici dillərində ədəbiyyatlar nümayiş olunur.

Virtual sərgi ilə tanış olmaq istəyənlər https://anl.az/el/vsb/2025-Konstitusiya_ve_Suverenlik_Ili/index.htm  linkindən istifadə edə bilərlər.

Qeyd edək ki, “Konstitusiya və Suverenlik İli” adlı ilin daimi ənənəvi kitab sərgisidə isə Müstəqil Azərbaycanın memarı və qurucusu Ulu Öndər Heydər Əliyevin dahi siyasəti, müasir və müstəqil Azərbaycan dövlətinin qurulması, dövlətin əsas Qanunu -  Azərbaycan Respublikasının Konstitusiyası haqqında, Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük “Vətən Müharibəsi”ndə qazanılmış tarixi qələbə, ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, dövlət başçımızın müdrik və uzaqgörən siyasəti və s. mövzulardan bəhs edən Azərbaycan və xarici dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi il boyu mütəmadı yenilənərək davam edəcək.

Faktinfo.az


Milli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilibMilli Kitabxanada “Konstitusiya və Suverenlik İli”nə həsr olunmuş tədbir keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi