Milli Kitabxanada "Shusha - the pearl of Karabakh" adlı elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib

Milli Kitabxanada "Shusha - the pearl of Karabakh" adlı elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib - FOTO

20 noyabr tarixində Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Shusha - the pearl of Karabakh” adlı elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib.

Qeyd edək ki, elektron məlumat bazası “Official documents”, “President Ilham Aliyev: "Dear Shusha, you are free!", "The chronology of historical monuments”, “Administrative structure”, “Prominent personalities”, “Prominent personalities about Shusha - the pearl of Karabakh”, “Armenian Vandalism in Shusha”, “Publications” və digər bölmələrdən ibarətdir. Bazada təqdim olunan sənədlər tam mətnləri ilə verilib.

Elektron məlumat bazası ilə tanış olmaq istəyənlər https://anl.az/el/emb/Qarabagin_incisi.en/index.html linkindən istifadə edə bilərlər.

Ənənəvi kitab sərgisində isə Qarabağın incisi olan Şuşanın qədim tarixi, mədəniyyəti, görkəmli şəxsiyyətləri, ənənələri və qədim mədəni abidələrinin bərpası, Vətən oğullarının şərəfli döyüş yolları, göstərdikləri şücaətlər və digər mövzulardan bəhs edən Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Faktinfo.az

 



Milli Kitabxanada "Shusha - the pearl of Karabakh" adlı elektron məlumat bazasının və ənənəvi kitab sərgisinin təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər