Milli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilib

Milli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilib - FOTO

22 noyabr tarixində Milli Kitabxanada BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində “Şuşa əl işləri”, “Şuşa məişət əşyaları”, “Şuşa zərgərlik məmulatları”, “Şuşa milli geyimləri” adlı virtual sərgilərin təqdimatı keçirilib.

Dövlətimizin, tariximizin ayrılmaz parçası olan Şuşa milli mədəniyyətimizin inkişaf tapdığı şanlı bir diyardır. Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil, mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir. Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu və şərqlilərə məsxus memarlığı ilə, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamın beşiyi, Qarabağın dilbər güşəsi sayılan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.

Təqdim olunan virtual sərgilərdə Şuşaya məxsus XIX əsrə aid tikmə nümunələri, geyim mədəniyyəti, sənətkarlarının hazırladığı zərgərlik nümunələri, əhalinin istifadə etdiyi məişət əşyaları, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgilərlə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_el_isleri/index.htm, http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm, http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm, http://anl.az/el/vsb/Susa_zergerlik_memulatlari/index.htm, linklərindən istifadə edə bilərlər.

Faktinfo.az

 



Milli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilibMilli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilibMilli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilibMilli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilibMilli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilibMilli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilibMilli Kitabxanada "Şuşa əl işləri", "Şuşa məişət əşyaları", "Şuşa zərgərlik məmulatları", "Şuşa milli geyimləri" adlı virtual sərgilərin təqdimatı keçirilib
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi