Milli Kitabxanada “Şuşa məişət əşyaları” adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim olunub
Şuşa Azərbaycanın qədim tarixə malik olan şəhər mədəniyyətinin nadir və təkrarsız incilərindədir.
Şuşa təkcə özünün coğrafi gözəlliyi və siyasi mərkəz olması ilə deyil, mənəvi irsimizin nümunələrini özündə əks etdirməsi ilə də tarixi və mədəni əhəmiyyətə malikdir.
Şərq ölkələrinin mədəniyyət mərkəzlərindən olan, milli memarlıq üslubu və şərqlilərə məsxus memarlığı ilə, mədəniyyətimizə, ədəbiyyatımıza, incəsənətimizə bəxş etdiyi tarixi şəxsiyyətləri ilə seçilən, muğamın beşiyi, Qarabağın dilbər güşəsi sayılan Şuşa, həqiqətən, özü boyda tarixi abidədir.
Milli Kitabxananın əməkdaşları tərəfindən “Şuşa məişət əşyaları” adlı virtual sərgi hazırlanaraq onlayn rejimdə istifadəçilərə təqdim olunub.
Şuşa və Qarabağ bölgəsinə aid XVIII-XIX əsrlərin məişət əşyaları öz formasının gözəlliyi, zərif və yüksək zövqlü bədii naxışları ilə seçilirdi.
Virtual sərgidə Şuşa şəhəri əhalisinin istifadə etdiyi məişət əşyaları, onların təsnifatı, haqqında məlumatlar, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.
Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_meiset_esyalari/index.htm linkindən istifadə edə bilərlər.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın