Milli Kitabxanada "Şuşa milli geyimləri" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib

Milli Kitabxanada "Şuşa milli geyimləri" adlı virtual sərgi onlayn rejimdə istifadəçilərə təqdim edilib 

Dövlətimizin, tariximizin ayrılmaz parçası olan Şuşa milli mədəniyyətimizin inkişaf tapdığı şanlı bir diyardır.

Faktinfo.az bildirir ki, Şuşa xalqımızın varlığını özündə yaşadan tarixi, mədəniyyət abidələri, o cümlədən geyim mədəniyyəti ilə zəngindir. Azərbaycanın milli geyimləri uzun sürən və çox mürəkkəb inkişaf yolu keçmiş olan xalq maddi və mənəvi mədəniyyətinin nəticəsidir. Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir.

Azərbaycan xalqının etnik tarixi, xalq yaradıcılığının bədii xüsusiyyətləri, onların müxtəlif halda formalaşmaları, bədii bəzək naxışları, toxuculuq xalq geyimində öz əksini tapmışdır.  Hər bir xalqın milli-mənəvi və maddi dəyərləri onun milli sərvətidir. Ümummilli Liderimiz Heydər Əliyev Cənabları dönə-dönə qeyd edirdi ki, “milli ideologiyamızın əsas tərkib hissəsi bizim milli-mənəvi dəyərlərimizdir. Biz öz milli-mənəvi dəyərlərimizlə fəxr etməliyik. Bizim milli-mənəvi dəyərlərimiz əsrlər boyu xalqımızın həyatında, yaşayışında formalaşıbdır, xalqımızın fəaliyyətində formalaşıbdır. Milli-mənəvi dəyərləri olmayan millət həqiqi millət, həqiqi xalq ola bilməz”. Azərbaycanın, eləcə də onun ayrılmaz tərkib hissəsi olan Qarabağın geyim mədəniyyəti də bizim milli-mənəvi və maddi dəyərlərimizin bir tərkib hissəsidir.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən “Şuşa milli geyimləri” adlı virtual sərgi hazırlanıb.

Təqdim olunan virtual sərgidə Şuşa şəhəri əhalisinin XIX əsr geyim mədəniyyəti, onun təsnifatı, əyani-vizual görüntüləri və qısa tarixi öz əksini tapıb.

Virtual sərgi ilə tanış olmaq istəyənlər http://anl.az/el/vsb/Susa_milli_geyimleri/index.htm linkindən istifadə edə bilərlər.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər