Milli Kitabxanada “Teymur Elçin-100 il” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Teymur Elçin-100 il” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub 

28 mart 1924-cü ildə Şuşada anadan olan Teymur Elçin (Teymur Süleyman oğlu Əliyev) hələ sağlığında böyük nüfuz sahibi olan bir ziyalı, dövlət xadimi idi. Həmişə ictimai-siyasi həyatın qaynar nöqtələrində çalışan bu vətənpərvər, zəhmətsevər insanın necə bədii yaradıcılıqla məşğul olması, özündən sonra zəngin ədəbi irs qoyub getməsi heyrətamiz bir faktdır.

Ədəbi yaradıcılığını bütünlüklə uşaqlara həsr edən şairin əsərlərində uydurma heç nə yoxdur. Onun şeir və poemalarının balaca qəhrəmanları həyatda yaşayan, ürəkləri böyük arzularla dolu, qəribə mühakimələri ilə diqqəti cəlb edən insanlardır.

“Qar qız”, “Bip-bip”, “Qulaq asın, danışım”, “Qızulduz, Yaşar və Nur nənə”, “Din-dan”, “Bahar, adlar, uşaqlar”, “Sözlər, nəğmələr, nağıllar, laylalar”, “Laylalar”, “Şəkərim, duzum”, “Xoruzbanı gedirəm”, “Torağayın nəğməsi”, “Toğrul babanın nağıl ağacı”, “Balaca Aytən”, “Balaca ulduzlar” və s. kitablarda toplanan şeirləri, poemaları, mənzum nağılları, N.Zabiladan, A.Bartodan, K.Çukovskidən, İ.V.Turgenevdən, S.Marşakdan, A.Tudoraşdan, P.Voronkadan, T.Hofmandan, Ş.Rəşidovdan, N.Zəkəriyyədən və b. elədiyi uğurlu tərcümələri Teymur Elçinin yaradıcılıq uğurlarının, istedadının, zəhmətsevərliyinin göstəricisidir.

Faktinfo.az xəbər verir ki,Azərbaycan Milli Kitabxanasının əməkdaşları tərəfindən uşaq ədəbiyyatımızın görkəmli nümayəndəsi Teymur Elçinin 100 illik yubileyi münasibətilə “Teymur Elçin -100 il” adlı elektron məlumat bazası onlayn rejimdə istifadəçilərə təqdim olunub. Elektron məlumat bazasında Teymur Elçinin “Həyat və yaradıcılığı”, “Həyat və yaradıcılığının əsas tarixləri”, “Görkəmli şəxslər Teymur Elçin haqqında”, “Əsərləri” (kitabları, məqalələri, tərcümələri), “Haqqında” (kitablar, məqalələr, dissertasiya və avtoreferatlar), fotoqalereya və s. özündə əks etdirən materiallar nümayiş olunur.

Birinci məlumatlanmaq üçün facebook səhifəmizi