Milli Kitabxanada Ümummilli liderin 101 illiyinə həsr olunmuş "Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir" mövzusunda elmi konfrans keçirilib - FOTOLAR
Azərbaycan Milli Kitabxanasında Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Ulu Öndər Heydər Əliyevin anadan olmasının 101 illiyinə həsr olunmuş “Heydər Əliyev Azərbaycanda müasir kitabxana quruculuğunun banisidir” mövzusunda Elmi konfrans və “Ümummilli lider Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimat mərasimi keçirilib.
Faktinfo.az saytına verilən məlumatda qeyd edilir ki,tədbirdə ilk öncə Azərbaycan Respublikasının Dövlət Himni səsləndirildirilib və Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Daha sonra Ümummili Lider Heydər Əliyevə həsr olunmuş film nümayiş edilib.
Qonaqları salamlayaraq tədbiri açan Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirov qeyd edib ki, Müstəqil Azərbaycan dövlətinin memarı Ulu Öndər Heydər Əliyevin 101-ci il dönümü tamam olur. Ulu Öndərin Azərbaycan qarşısındakı xidmətlərindən bəhs edən direktor bildirib ki, Ümummilli liderin ən böyük xidmətlərindən biri Azərbaycanı parçalanmaqdan xilas etməsi və bütöv Azərbaycanın təməlini qoyması eləcə də, özü qədər inandığı bir yetirməsini xalqına rəhbərlik etmək üçün tövsiyə etməsidir. Azərbaycan dövlətinin bu günə gəlib çıxması, elmin, təhsilin, mədəniyyətin çiçəklənməsi məhz Ulu Öndərin qurduğu müdrik siyasətin nəticəsidir. Bu gün Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyevin möhkəm iradəsi ilə Ulu Öndərin siyasi kursunu davam etdirməsi və Müzəffər Azərbaycan Ordusunun iştirakı ilə Qarabağımızın işğaldan azad olunması bunu bir daha təsdiq etdi ki, Ulu Öndər öz seçimində yanılmayıb.
Tədbirdə çıxış edən Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Kəmalə Həşimova, AMEA Mərkəzi Elmi Kitabxanasının direktoru texnika üzrə fəlsəfə doktoru dosent Hüseyn Hüseynov, Milli Kitabxananın Elmi işlər və kitabxana-informasiya xidməti üzrə direktor müavini, Əməkdar mədəniyyət işçisi, tarix üzrə fəlsəfə doktoru Ədibə İsmayılova Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətindən, Azərbaycan Respublikasının çətin günlərində Ulu Öndər Heydər Əliyevin Azərbaycan Milli Kitabxanasına 1995-1997-ci illərdə 4 dəfə gəlişindən, öz şəxsi kitabxanasından 300nüsxəyə yaxın kitabı Milli Kitabxanaya bağışlamasından və bütövlükdəAzərbaycanda kitabxana işinin inkişafı istiqamətində atdığı addımlardan bəhsediblər.
Tədbirindavamında Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən“Ümummilli Lider Heydər Əliyev” adlı Elektron məlumat bazasının təqdimatı olub.
Sonda tədbir iştirakçıları və qonaqlar Ulu Öndərə həsr edilmiş geniş kitab sərgisiilə tanış oldublar.
Faktinfo.az
Bu xəbər üçün şərh yazın