Milli Kitabxanada “Xalq rəssamı Fərhad Xəlilov - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub

Milli Kitabxanada “Xalq rəssamı Fərhad Xəlilov - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub 

23 oktyabr 2026-cı il tarixində Prezident İlham Əliyev Azərbaycan mədəniyyətinin inkişafında böyük xidmətlərinə görə Fərhad Qurban oğlu Xəlilov “İstiqlal” ordeni ilə təltif edilməsi haqqında Sərəncam imzalayıb.

24 oktyabr 2026-cı il tarixində Milli Kitabxanada “Xalq rəssamı Fərhad Xəlilov – 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub.

Sərgidə rəssamın əsərləri, həyat və yaradıcılığı haqqında Azərbaycan diində ədəbiyyatlar, dövri mətbuat materialları nümayiş olunur.

Fərhad Qurban oğlu Xəlilov 26 oktyabr 1946-cı ildə Bakı şəhərində anadan olub.

1961-1966 illərdə Əzim Əzimzadə adına Azərbaycan Dövlət Rəssamlıq Məktəbində, 1966-1968-ci illərdə Stroqanov Rəssamlıq Məktəbində təhsil alıb. O, yaradıcılıq axtarışlarını 1969-1975-ci illərdə Moskva Poliqrafiya İnstitutunda davam etdirib.

Əmək fəaliyyətinə 1963-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrında rəssam kimi başlayıb. Fərhad Xəlilov 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib.

Fərhad Xəlilovun yetkin yaradıcılığı 1970-ci illərdən başlayaraq bu günə qədər uzanan ardıcıl inkişaf xəttinə malikdir.

Rəssamın əsərləri dəfələrlə dünyanın müxtəlif ölkələrində keçirilən sərgilərdə, qalereyalarda və beynəlxalq incəsənət tədbirlərində nümayiş etdirilib. Onun yaradıcılığı Azərbaycanla yanaşı, ABŞ, Fransa, Rusiya, İtaliya, Almaniya, Polşa, Yaponiya və digər ölkələrdə geniş auditoriya tərəfindən tanınmış, bir çox əsərləri muzey və şəxsi kolleksiyalara daxil edilib.

Fərhad Xəlilov 1969-cu ildən SSRİ Rəssamlar İttifaqının üzvü, 2008-ci ildən Rusiya Rəssamlıq Akademiyasının fəxri üzvüdür. 1987-ci ildə Azərbaycan Rəssamlar İttifaqının sədri seçilib.

Sənətkar yaradıcılıq və ictimai fəaliyyətinə görə bir sıra yüksək mükafat və fəxri adlara layiq görüüb. O, 1987-ci ildə Rusiya Rəssamlıq Akademiyasının gümüş medalını, 1988-ci il mayın 7-də Azərbaycan SSR-in Əməkdar incəsənət xadimi fəxri adını alıb.

2000-ci ildə “İncəsənət və ədəbiyyat” ordeni və “Puşkin” medalı ilə təltif olunub. 2002-ci il mayın 30-da Azərbaycan Respublikasının Xalq rəssamı fəxri adına, 2006-cı il oktyabrın 25-də “Şöhrət” ordeni, 2012-ci ildə Rusiya Rəssamlıq Akademiyasının qızıl medalı, 2016-cı il oktyabrın 25-də “Şərəf” ordeni ilə təltif edilib.

2017-ci ildə Müstəqil Dövlətlər Birliyinin “Birliyin ulduzu” mükafatına, 2021-ci il noyabrın 23-də isə 1-ci dərəcəli “Əmək” ordeninə, 2024-cü ildə ona “Heydər Əliyevin 100 illiyi (1923-2024)” yubiley medalı təqdim edilib.

2019-cu il sentyabrın 26-da Heydər Əliyev Mərkəzində “Yenidən Bakıda” adlı fərdi sərgisi açılıb.

2023-cü il dekabrın 1-də “YARAT” Müasir İncəsənət Məkanı, XX–XXI əsrlər Azərbaycan Rəngkarlığı Muzeyində “Yerlə göy arasında” adlı fərdi sərgisi nümayiş olunub.

Milli Kitabxanada “Xalq rəssamı Fərhad Xəlilov - 80” adlı ənənəvi kitab sərgisi istifadəçilərə təqdim olunub
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi

 Digər xəbərlərBütün xəbərlər

Bütün xəbərlər
⇪