Milli Kitabxanada "Xalq yazıçısı Çingiz Abdullayev" adlı kitab sərgisi açılıb

Milli Kitabxanada "Xalq yazıçısı Çingiz Abdullayev" adlı kitab sərgisi açılıb - FOTO

Azərbaycanın məşhur yazarı, detektiv janrının ustası, əsərləri təkcə ölkəmizdə deyil, bütün dünyada tanınan Xalq yazıçısı Çingiz Abdullayevin 7 aprel doğum günüdür. O, 1959-cü ildə Bakı şəhərində ziyalı ailəsində anadan olub.

Yazıçının ilk böyük əsəri — “Mavi mələklər” romanı 1988-ci ildə Bakıda işıq üzü görüb. Sonralar trilogiya — “Əclafların qanunu”, “Əclafların əqidəsi” və “Əclafların vicdanı” nəşr olunub.

Çingiz Abdullayev ümumi tirajı 30 milyon nüsxə olan 200-dən çox kitabın müəllifidir. Onun əsərləri dünyanın hər yerində bütün yaş təbəqələrindən olan oxucular tərəfindən maraqla qarşılanır.  Kitabları dünyanın bir çox ölkələrində, Almaniyada, İrlandiyada, Fransada, Rusiyada və s. kütləvi tirajla buraxılıb, 32 dilinə tərcümə olunaraq nəşr olunub.

Azərbaycan ədəbiyyatının inkişafı və təbliğində xidmətlərinə görə “Azərbaycanın xalq yazıçısı”  fəxri adı və  “Şöhrət” ordeni ilə təltif olunub, həmçinin, dünyanın bir çox nüfuzlu beynəlxalq mükafatlarına və medallarına,  çox sayda ədəbi mükafatlara layiq görülüb.

Xalq yazıçısının doğum günü ilə əlaqədar  Milli Kitabxanada “Xalq yazıçısı Çingiz Abdullayev” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə müəllifin əsərləri, redaktor, rəyçi olduğu, ön söz yazdığı, həyat və yaradıcılığı haqqında Azərbaycan və müxtəlif dillərdə kitablar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

Milli Kitabxanada "Xalq yazıçısı Çingiz Abdullayev" adlı kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi