Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı kitab sərgisi açılıb

Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı kitab sərgisi açılıb - FOTO

Xalq yazıçısı İsmayıl Şıxlı Azərbaycan ədəbiyyatı tarixinə böyük həcmli əsərləri ilə bərabər, həm də hekayələri, publisist və tənqidi, ədəbi prosesləri əks etdirən məqalə və çıxışları, dərslik və tərcümələri ilə daxil olan görkəmli yazıçı, alim-pedaqoq, ədəbiyyatşünasdır.O, daim xatırlanan, ən çox oxunan, yerli və xarici oxucuların diqqətini cəlb edən, əsərləri müxtəlif xalqların dilinə tərcümə olunan yazıçılardandır.

İsmayıl Şıxlı ədəbiyyata şeirlə gəlsə də, ancaq özünü nəsrdə tapıb və müasir ədəbiyyatımızda nəsrin ən görkəmli nümayəndəsi kimi şöhrət qazanıb. Yazıçının "Kerç sularında”, "Dağlar səslənir”, "Daşkəsən”, "Ayrılan yollar”, "Dəli Kür”, "Ölən dünyam” və sair əsərləri ədibə ümumxalq məhəbbəti qazandırıb.

"Dəli Kür” romanı nəsrimizin şah əsərlərindən sayılır və yazıçı istedadının nələrə qadir olduğunu, səviyyəsini ortaya qoyur.

İsmayıl Şıxlı 1919-cu il martın 22-də Qazax rayonunun İkinci Şıxlı kəndində müəllim ailəsində anadan olub. Bu il onun anadan olmasının 105 ili tamam olur.

Bu münasibətlə Milli Kitabxanada ədibin həyat yolu, fəaliyyəti və yaradıcılığı ilə bağlı “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı geniş kitab sərgisi açılıb.

Sərgidə yazıçının əsərləri, dünya ədəbiyyatından tərcümələri,  tərtib və redaktə etdiyi kitablar,  haqqında yazılmış Azərbaycan və müxtəlif dillərdə ədəbiyyatlar nümayiş olunur.

Sərgi 1 həftə davam edəcək.

Faktinfo.az

Milli Kitabxanada “Xalq yazıçısı İsmayıl Şıxlı” adlı kitab sərgisi açılıb
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi