Milli Kitabxanada Xalq yazıçısı, Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi keçirilib - FOTOLAR
29 oktyabr tarixində Azərbaycan Milli Kitabxanasında Mədəniyyət Nazirliyi və Milli Kitabxananın birgə təşkilatçılığı ilə Xalq yazıçısı, akademik Kamal Abdullanın və Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü, professor Rafiq Əliyevin müəllifləri olduğu “Qeyri-səlis məntiq və dil-nitq” kitabının təqdimat mərasimi keçirilib.
Faktinfo.az xəbər verir ki, "Sim-Sim" nəşriyyatında işıq üzü görən kitabın “Ön söz”ünün müəllifi Türkiyə Cümhuriyyəti Dil və Sistem Fondunun sədri Rüştü Burak Ekedir. Nəşrin elmi redaktorları - professorlar Lətafət Qardaşova, Azad Məmmədov, Burak Eke, rəyçiləri isə Xalq şairi Ramiz Rövşən, İsmayıl Məmmədov və professor Hacan Hacıyevdir.
Tədbiri Milli Kitabxananın direktoru, professor Kərim Tahirov açaraq qonaqları salamlayıb. Dil və nitqlə bağlı olan bu kitabın çox maraqlı mövzu olduğunu qeyd edərək hər iki alimin bu istiqamətdə tədqiqatlarının ilk olduğunu Lütfi Zadə ideyalarının nəinki Azərbaycanda, eləcə də bütün dünyada təbliğ edən insanlar olduğunu bildirib.
Tədbirin moderatoru, AMEA-nın müxbir üzvü, professor Qorxmaz İmanov təqdim olunan kitabın dünya əhəmiyyətli bir kitab olduğunu qeyd edərək bildirib ki, süni intellekt və dil münasibətləri fonunda süni intellektin tərkib hissəsi kimi qeyri-səlis məntiq nəzəryəsi Azərbaycanda ilk dəfə olaraq ədəbiyyat sahəsində tətbiq olunur. Qeyri-səlis məntiqin dil-nitqin inkişafı boyu səlis məntiqə nisbətən daha geniş və əsaslı mövqe tutduğunu qeyd edib.
Kitabın müəlliflərindən biri olan AMEA-nın müxbir üzvü, professor Rafiq Əliyev çıxış edərək Milli Kitabxanaya belə bir tədbir təşkil etdiyinə görə təşəkkür edib. O, öz çıxışında qeyri səlis məntiq nəzəryəsinin sosial elmlərə tətbiqinin, “Qeyri-səlis məntiq və dil-nitq” kitabının ideya müəllifinin Kamal Abdulla olduğunu və hər iki kitabın Lütfi Zadə ideyalarının təbliğində böyük rol oynayacağı qənaətində olduğunu vurğulayıb. Qeyri-səlis məntiq nəzəriyyəsini ilk dəfə olaraq texnika sahəsində çalışanlar istifadə ediyini, qeyri səlsis məntiqin sosial elmlərə təqbiqinin vacib amillərdən biri olduğunu deyib.
Kitabın digər müəllifi Xalq yazıçısı, akademik Kamal Abdulla hər kəsə eləcə də bu təqdimata görə Milli Kitabxanaya təşəkkürünü bildirib. Əsərin necə ərsəyə gəlməsindən bəhs edərək kitabın Lütfi Zadənin arzusunu həyata keçirən daha bir addım olduğunu bildirib. Kitabın bu sahədə ikinci tədqiqat əsəri olduğunu, “Kitabi-Dədə Qorqud və qeyri -səlis məntiq” adlanan birinci kitabın iki il bundan əvvəl Azərbaycanda, Türkiyədə və Almaniyada nəşr edildiyini, ingilis dilində isə “Springer” nəşriyyatı tərəfindən nəşr edilməsinin nəzərdə tutulduğunu söyləyib. Qeyri-səlis məntiqin dilə tətbiqinin onun digər sosial elmlərə də nüfuz etməsinə bir başlanğıc olduğunu vurğuluyaraq həm dilçilik, həm də qeyri -səlis məntiq sahəsində üzə çıxan yeni perspektivlərin bu tədqiqat nəticəsində görüntülü və faydalı ola biləcəyini vurğulayıb.
Kitabın elmi redaktoru, professor Lətəfaət Qardaşova Lütfi Zadənin məşhur nəzəriyyəsindən bəhrələnən Kamal Abdulla və Rafiq Əliyevin qeyri-səlis məntiq nəzəryəsinin nitqdə necə təzahür etdiyini, dilin özünəməxsus xüsusiyyətlərini qeyd edib. Kitabın elmi əhəmiyyəti yalnız bu nəzəriyyənin tətbiqi ilə məhdudlaşmadığını eyni zamanda, geniş tədqiqat istiqamətlərinə yol açaraq, dilçilik və məntiqi sintez edən yeni üfüqlər formalaşdırdığını vurğulayıb.
“Ön söz”ün müəllifi Rüştü Burak Eke bu kitabdan yararlanmağa başlamaq üçün, içindəki düzəni - kitabın dediyi kimi - sinerjetik olaraq qavramaq üçün bir səviyyə və səy tələb olunduğunu bildirib. Azərbaycan və Türk mədəniyyətinin söz vastəsilə irəllədiyini, “Kitabi-Dədə Qorqud” dastanının bunun bariz nümunəsi olduğunu söyləyib. Bu kitablar seriyasının əslində keçmişdən gələcəyə doğru inkişaf etdiyini qeyd edib.
Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin (ADNSU) rektoru, dosent Vazeh Əskərov çıxışı zamanı bu kitabın Azərbaycan elmində yeni bir cığır açdığını, istər birinci kitabın, istərsədə ikinci kitabın gələcək nəsillər üçün mühüm əhəmiyyət kəsb etdiyini söyləyib. Müxtəlif elm sahələrin ortaq bir elmdə birləşdiyinin və bunun Azərbaycanda ilk olduğunu bildirib. Bu sahənin açdığı yeni üfüqlərin çox dəyərli olduğunu qeyd edib.
Xalq şairi Ramiz Rövşən söyləyib ki, bu kitab çox qiymətli bir kitabdır. Qeyri-səlis məntiqin səlis məntiqə nisbətdə üfiqləri genişlətdiyini, səlist məntiqin ədəbi çoxluqların məntiqi olduğunu ona görə də tolerant olduğunu bildirib. Akademik Kamal Abdullanın dünya ədəbiyyatında nadir insanlardan biri olduğunu, professor Rafiq Əliyevin isə geniş təfəkkürə sahib olduğunu söyləyib. Kitabın Azərbaycan dilinin oxunması, istifadəsi üçün yeni imkanlar açdığını qeyd edib. Poetik fikrin əsasında dəqiq elmlərin dayandığını diqqətə çatdırıb.
Xalq yazıçısı Elmira Axundova kitabın çox unikal bir kitab olduğunu qeyd edərək həm “Qeyri-səlis məntiq və dil-nitq” kitabın, həm də "Kitabi-Dədə Qorqud" və qeyri-səlis məntiq" kitablarının dilçilik elminə böyük fayda gətirəcəyini və dönüş yaradacağını söyləyib. Belə sinergetik tədqiqlər nəticəsində həm qeyri-səlis məntiq həm də hər hansı bir elm, sosial sahənin zənginləşə, dərinləşə və öz potensalında yeni üfüqlərin daha aydın, aşkar şəkildə büruzə verə bilər. Hər hansı işdə birinci olmaq həm şərəfli, həm də məsuliyyətli olduğunu söyləyən Xalq yazıçısı akademik Kamal Abdullanın ədəbi-bədi elmi yaradıcılığı haqqında geniş məlumat verib. Kitabda oxuduqca qeyri səlis ifadələrin hamı tərəfindən işlədildiyini şahidi olduğunu söyləyib. Kitabın müəlliflərinə hər iki alimə yaradıcılıqlarında uğurlar arzulayıb.
Professor Qəzənfər Paşayev “Qeyri-səlis məntiq və dil-nitq” kitabının yeni bir kəşf olduğunu deyib. Şifahi və yazılı ədəbiyytın başlanğıcının Kitabi-Dədə Qorqud” olduğunu qeyd edib. L.Zadə tərəfindən təməli qoyulan qeyri-səlis məntiqin akademik Kamal Abdulla və professor Rafiq Əliey tərəfindən davam etdirildiyini, hər iki alimin dərin biliklərinin birləşərək bizə töhfə olaraq bu kitabı təqdim etdiklərini söyləyib.
Tədbirin davamında şıxış edən AMEA-nın Folklor İnstitutunun direktoru, akademik Muxtar İmanov, fəlsəfə elmləri doktoru Etibar Əliyev, prosessorlar Hacan Hacıyev və İsmayıl Teymuroğlu bildirib ki, akademik Kamal Abdulla və professor Rafiq Əliyevin "Qeyri-səlis məntiq və dil-nitq" adlı yeni kitabı müəlliflərin dərin fəlsəfi düşüncələrini və qeyri-səlis məntiqə söykənən yaradıcılıq axtarışlarını bir araya gətirir. Bu fundamental tədqiqat əsəri müasir dilçilik və məntiq sahələrində açdığı yeni üfüqlər qeyri-səlis məntiqin sosial elmlərə geniş şəkildə tətbiq olunmasının vacibliyini bir daha ön plana çıxarır. Unikal əsərin Azərbaycan dilçiliyində məntiq və dil arasındakı əlaqələrin təhlilində yeni istiqamətlər açmaqla yanaşı, hər iki müəllifin elmi yaradıcılığının zirvəsi olaraq gələcək tədqiqatlar üçün zəmin yaradır, Azərbaycan elminə mühüm töhfə verir.
Bu xəbər üçün şərh yazın