Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Türk Dünyası Milli Kitabxanaları Bidliyinin sədri seçilib
Bu gün Azərbaycan Milli Kitabxanasında yeni yaradılan Türk Dünyası Milli Kitabxanaları Birliyinin təşkilati məsələləri müzakirə olunub.
Faktinfo.az xəbər verir ki, Azərbaycan Milli Kitabxanasının direktoru professor Kərim Tahirovun yeni yaradılan Türk Dünyası Milli Kitabxanaları Birliyinə sədrliyi təklif edilib və yekdilliklə Azərbaycan Milli Kitabxanasının direktoru prof. Kərim Tahirov Türk Dünyası Milli Kitabxanaları Bidliyinin sədri seçilib.
Eyni zamanda Birliyin idarəedici orqanı olan Direktorlar Şurası da yaradılıb və Birliyin növbəti iclasının gələn ilin martında Türkiyənin Ankara şəhərində keçirilməsi qərara alınıb.
Birinci məlumatlanmaq üçün facebook səhifəmizi
Bu xəbər üçün şərh yazın